Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


05.04.2024  10:48 

Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI





A+  A-

Vətəndaşları xaricdə yaşamasına rəğmən, əksər dünya ölkələri öz ali təhsil müəssisələrində onlar üçün sərfəli güzəştlər təqdim edirlər. Həmin vətəndaşlar ölkə sərhəddindən kənarda yaşamasına baxmayaraq, doğma vətənlərində də təhsil almaq imkanından yararlanırlar. Bir sıra diaspor təşkilatları da xaricdə yaşayan azərbaycanlı gənclərə Azərbaycan ali təhsil müəssisələrində güzəştlər tətbiq edilməsi üçün təkliflər irəli sürürlər. Bəs, görəsən bu prosesin həyata keçməsini ekspertlər necə qiymətləndirir?

Xəzərnews.az xəbər verir ki, məsələ ilə bağlı təhsil üzrə ekspert Elvin Bədirli Diaspora.TV-yə açıqlamasında bildirib ki, Azərbaycan universitetlərinə qəbul olmaq üçün şagirdlərimiz çox ağır imtahan prosesindən keçirlər.

“Tələbə adını qazanmaq ölkə vətəndaşımız olan azərbaycanlılar üçün asan başa gəlmir. Şərtlərin belə olduğu halda qeyri-ölkələrin vətəndaşı olan azərbaycanlılar üçün müxtəlif güzəştlərin tətbiq edilməsi, düşünürəm ki, doğru deyil”, - deyə o qeyd edib.

E.Bədirlinin fikrincə, istisna gənclər üçün müxtəlif güzəştlər tətbiq oluna bilər:

“Belə ki, bacarıqlı və təhsil göstəriciləri yüksək olan şəxslər müxtəlif güzəştlərdən yararlana bilərlər. Yüksək qabiliyyətli, bacarıqlı, təhsil göstəriciləri ilə fərqlənən, başqa ölkələrin vətəndaşı olan azərbaycanlılara güzəştlərin artırılması, ali təhsil almanın asanlaşdırılması müsbət hal olar”.

Xəyalə Zöhrab
Diaspora.TV


Xəbər 2470 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +