Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


03.04.2024  10:40 

“Komitə təkliflərlə Milli Məclisə müraciət etməlidir” - Deputat





A+  A-

“Azərbaycan Respublikasının qanunları humanistdir. Bu baxımdan vətəndaşlarımızın rahat və təhlükəsiz yaşamasını təmin edir. O cümlədən “Miqrasiya Məcəlləsi” də inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən hazırlanıb”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Diaspora.tv-yə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirib. Onun sözlərinə görə, həm ölkə vətəndaşlarının, həm də xarici vətəndaşların ölkəyə gəlib-getmə prosedurları da insanlara çətinlik yaratmadan hərəkəti təmin edir:

“Amma soydaşlarımız olan xarici vətəndaşların ölkəyə gəlib-getməsi ilə bağlı prosedurların yumşaldılması məsələsinin aktual olmadığını hesab edirəm. Çünki, kökü Azərbaycanla bağlı olan şəxslər soydaşımız olsa da, xarici ölkənin vətəndaşıdır. Qanun bütün xarici vətəndaşlar üçün eyni şəkildə şamil olunur. Həm də bu gün pasportlarda milli mənsubiyyət qeyd olunmur. Yəni, Avropada, Rusiyada və ya digər bir ölkədə dünyaya gəlmiş azərbaycanlının pasportunda azərbaycanlı olması qeyd olunmur. Məsələn, Almaniyada dünyaya gəlmiş azərbaycanlının pasportunda alman vətəndaşı yazılır. Digər ölkələrdə də eyni qayda tətbiq olunur. Soydaşlarımızın milli mənsubiyyəti heç yerdə qeyd olunmadığından onlara sərhəddə müəyyən üstünlüyün verilməsi ilə bağlı məsələnin müzakirə edilməsinin çətin olduğunu hesab edirəm. Həm də bir şəxsin ölkəmizin vətəndaşı olmağından daha çox başqa bir xarici ölkənin vətəndaşı olmasına üstünlük verirsə, ona “Miqrasiya Məcəlləsində” üstünlüyün qazandırmasının mümkünlüyünü düşünmürəm”.

A.Badamov hesab edir ki, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən bu məsələlər dərin araşdırılmalı və təkliflərlə Milli Məclisə müraciət etməlidir:

“Yəni, Diasporla İş üzrə Dövlət Komitəsindən Milli Məclisə belə bir təkliflər daxil olarsa, müzakirələrin aparılması və məqsədə uyğun hesab olunan təkliflərlə bağlı müvafiq qanularda dəyişikliklərin edilə biləcəyi mümkündür”.

Zəfər
Diaspora.tv



Xəbər 1431 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +