Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


04.03.2024  14:05 

11-ci sinif şagirdi necə ana oldu?





A+  A-

Salyan rayon Pambıqkənd tam orta məktəbində təhsil alan 11-ci sinif şagirdinin ana olması barədə araşdırma aparılıb.

Xəzərnews.az xəbər verir ki, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsindən bildirilib.

Belə ki, məktəbin şagirdinin erkən nikaha cəlb olunması barədə yayılan xəbərlə bağlı idarəyə sorğu daxil olan kimi dərhal məsələ nəzarətə götürülüb:

“Həmin təhsil müəssisəsində araşdırma aparılıb. Şagirdin erkən nikaha cəlb olunması barədə hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara məlumat verilib”.

Qeyd edək ki, bir neçə gün əvvəl Salyan rayon Pambıqkənd tam orta məktəbin 11-ci sinif şagirdlərindən birinin uşaq dünyaya gətirməsi ilə bağlı məlumat yayılıb.

Eyni zamanda, məktəbin yuxarı siniflərində təhsil alan qızlar nişanlı olduqları üçün dərsə gəlməsələr də, jurnalda adlarının qeyd olunduğu və qiymətlərinin yazıldığı iddia edilib. //Oxu.az


Xəbər 995 dəfə oxunub.



13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +