“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


23.08.2021  15:07 

Cinsi zəiflik-erektil disfunksiya - Səbəblər və müalicə metodları





A+  A-

Müasir dövrdə kişilər arasında ən geniş yayılmış problemlərdən biri, deyərdim ki,birincisi cinsi zəiflik yəni cinsi funksiyanın normal icra edilə bilinməməsi problemidir.
Cinsi fəaliyyətin tam itməsi halları 35-40 yaşlı kişilərin 40%-ində,50 yaşlı kişilərin 20%-ində 70 yaşlı kişilərin isə 50%-ində rast gəlinir.

Aparılan araşdırmalr göstərir ki,kişilər arasında cinsi zəiflik halları indiyə qədər düşünüldüyü səviyyədə deyil bu səviyyədən qat-qat artıqdır.Əksər kişilər bu problemlə bağlı həkimə müraciət etməkdən çəkinirlər.Bu da sonda daha ciddi fəsadlarla nəticələnir.Bu məsələ bizim ölkəmizdə xüsusilə aktualdır.
Kişilərdə cinsi zəifliyin əmələ gəlmə səbəbləri:

1.Sidik-cinsiyyət sisteminin xəstəlikləri(cinsi infeksiyalar,prostat vəzinin xəstəlikləri).
2.Hormonal-endokrinoloji səbəbdən əmələ gələn cinsi zəiflik.
3.Ürək-damar sisteminin xəstəlikləri nəticəsində yaranan cinsi zəiflik.
4.Şəkərli diabet xəstəliyi.
5.Nevroloji sistemdə olan xəstəliklər nəticəsində yaranan cinsi zəiflik.
6.Sinir-Psixoloji səbəblər nəticəsində yaranan cinsi zəiflik.
7.Dərman preparatlarının qəbulu ilə əlaqədar əmələ gələn cinsi zəiflik.
8.Yaşı 70 dən yuxarı kişilərdə yaranan cinsi zəiflik.
9.Böyrək,Sidik kisəsi,Prostatda icra edilən əməliiyatdan sonra əmələ gələn cinsi zəiflik.
10.Həyat tərzi ilə əlaqədar yaranan cinsi zəiflik.

Cinsi zəiflik dedikdə,kişinin cinsi funksiyani icra edə bilməməsi nəzərdə tutulur. Burada cinsi həvəsin olmaması,cinsi aktın tez bitməsi ayrıca hal kimi nəzərdə tutulur.

Gənc,cavan yaşlı xəstələrdə biz daha çox hallarda psixoloji mənşəli cinsi zəifliyə rast gəlirik. Burada cinsəl təcrübənin olmaması,mütəmadi cinsi əlaqənin mümkünsüzlüyü,zöhrəvi xəstəliyə yoluxma qorxusu,həyacan,psixoloji gərginlik ön planda olur. Çox vaxt “toy gecəsi”sindromunun əmələ gəlməsində sinir-psixoloji amil birinci yerdə dayanır. Bu zaman dərman müalicəsi ilə yanaşı psixo-terapevtik müalicə müsbət nəticə verir.

Cinsi zəifliyə səbəb vacib amillərdən biri də,prostat vəzidə yaranan problemlərdir. Bu,kəskin və xroniki formada özünü göstərə bilər.Bəzən xəstənin xəbəri olmadan uzun illər prostatda yaranan iltihabi proses,durğunluq,aşağı çanağın qan dövranında yaranan pozğunluq cinsi zəifliyin əsas səbəbi ola bilər.Eyni zamanda prostat vəzinin xoşxassəli böyüməsi də(adenoma),cinsi zəifliyə səbəb ola bilər.Belə ki,adenomaya qarşı istifadə edilən bəzi dərmanlar potensiyada problem əmələ gətirdiyinə görə bu xəstələrin müalicəsində xüsusi olaraq diqqətli olmalı,düzgün müalicə taktikası seçilməlidir.Hər bir xəstəyə fərdi yanaşmalı,hormonal balnsı qiymətləndirməklə müvafiq dərman təyin edilməlidir.
Potensiya ilə bağlı problemlərin diaqnostikası anamnez-məlumatların toplanmasından başlanmalıdır.İlk növbədə cinsi zəifliyin sinir-psixoloji,yoxsa üzvi(orqanların xəstəliyi ilə bağlı)olması dəqiqləşdirilir. Daha sonra USM,qanda hormonlar,sidik,cinsi infeksiyalar müayinə edilir.

Cinsi zəifliyin müalicəsi problemin hansı mərhələdə olmasından asılı olaraq 95% hallarda uğurla müalicə edilir.
Müasir təbabət cinsi funksiyanın müalicəsində elm və tibbi texnikanın inkişafı sayəsində bu problemi həll olunanlardan etmişdir.Buna görə əgər siz ereksiya pozulmalarından əziyyət çəkirsinizsə çəkinmədən və vaxtı itirmədən müraciət etsəniz tam müayinədən sonra sizin probleminizə uyğun optimal müalicə metodu seçiləcək.Bu da sizin normal cinsəl həyatınızı öz məcrasına yönəltməklə həyat eşqinizi artıracaqdır.


Dr. Azər Mirzəyev,
Həkim Androloq-Dermatoveneroloq

Əlaqə üçün:

Telefon: 050 3113688
Veb sayt: www.doctorazer.com
YouTube: Androloq Azər Mirzəyev
Instagram: dr.azer_mirzoev



Xəbər 8713 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +