“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


13.07.2021  14:37 

Vo­kal sə­nə­ti­mi­zin pi­o­ne­ri





A+  A-

"Bütün həy­a­tım boyu Azər­bayc­an mu­si­qi­si, Azər­bayc­an səh­nə­si və mə­də­niyy­ə­ti üçün əlim­dən gə­lə­ni et­məyə ça­lış­mı­şam. Mən hə­mi­şə bu sə­nə­tin özünə­məx­sus­luğ­u­nun və tə­k­ra­ro­lun­maz­lığ­ı­nın qə­d­ri­ni bil­mi­şəm”. Görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədovanın vaxtilə söylədiyi bu fikirlər böyük sənətkarın təkcə çox sevdiyi musiqi sənətinə deyil, həm də vətəninə xidmətini əks etdirmək baxımından dəyərlidir.
Azərbaycanın ilk professional qadın müğənnisi olan Şövkət Məmmədovanın adı (lirik koloratur soprano) musiqi tariximizə yazılıb. Azərbaycan opera sənəti tarixində silinməz izlər qoyan müğənninin açdığı cığırla istedadlı Azərbaycan qızları irəliləyib, səhnəni fəth ediblər. Görkəmli opera ifaçısı və müəllimi kimi şöhrət qazanan Ş.Məmmədova 1938-ci ildə SSRİ xalq artisti fəxri adına layiq görülüb. Azərbaycan SSR Ali Sovetinin (1-4 çağırış) deputatı olub, iki dəfə "Lenin”, iki dəfə "Qırmızı Əmək Bayrağı” və "Şərəf nişanı” ordenləri ilə təltif edilib.

Onu ölümdən Üzeyir Hacıbəyov xilas edib

Ş.Məmmədova 18 aprel 1897-ci ildə Tbilisi şəhərində kasıb pinəçi ailəsində anadan olub. Hə­lə uşaq ya­ş­la­rın­dan mu­si­qiyə böyük hə­vəs gö­s­tə­rən Şövkətin qa­bi­liyy­ə­ti­ni görən valideynləri ona pu­lu­nu his­sə-his­sə ödə­mək şər­ti­lə bir pi­a­ni­no alır­lar. Ya­rım il so­nra mu­si­qi mək­tə­bi­nə da­xil olan Şöv­kət 12 ya­şı­na qə­dər orda oxuy­ur. Gör­kəm­li italy­an müğən­ni­si Ai­da Qon­za­qa o vaxt Tbilisidə qa­s­t­rol sə­fə­rin­də idi. C.Ver­di­nin "Ri­qo­let­to” ope­ra­sın­da Cil­da ro­lu­nu oy­nay­an müğən­ni­nin ifa­sı ba­laca Şöv­kə­ti necə ov­sun­la­mış­dı­sa, evə gə­lən­dən so­nra da yadın­da sax­la­dığı mu­si­qi­ni oxu­mağa ba­ş­lay­ır. Balaca qızın musiqi qabiliyyəti haq­qın­da söz-söh­bət dillərə düşür. Tbilisidə xey­riyy­ə­çi qa­dın, qra­finya Vorontso­va-Daş­ko­va ax­şam ziy­a­fə­tin­də oxu­maq üçün gene­ral Ka­zım Mir­zə Qac­a­ra bir müsəl­man qı­zı tap­ma­sı­nı tap­şı­rır. Hə­min müsəl­man qı­zı 13 ya­ş­lı Şöv­kət olur. O, ziy­a­fət­də A.Ru­ben­ştey­nin "Əz­ra” ro­man­sı­nı, Azər­bayc­an xalq mah­nı­sı­nı və bir italy­an ro­man­sı­nı necə mə­la­hət­lə oxuy­ur­sa, qra­finya ona mütləq Pe­ter­bur­qa ge­dib mu­si­qi təh­si­li al­mağı məs­lə­hət görür. Şöv­kət isə mək­tə­bi qur­ta­rıb 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sona xanımın köməyi ilə İtaliyada, Milan şəhərində musiqi məktəbinə daxil olur. 14 ya­ş­lı müsəl­man qı­zı İta­liy­a­nın Mi­lan şə­hə­rin­də ke­ç­miş ope­ra müğən­ni­si Dot­ti Ambrozionun sin­fin­də dərs ke­ç­məyə ba­ş­lay­ır. Lakin 1912-ci ildə ona edilən yardım kəsildiyindən, ödəniş edə bilmir və Şövkət Bakıya qayıtmalı olur. O, həmin il Bakının Tağıyev teatrında ilk dəfə peşəkar ifaçı kimi çıxış edir. Ü.Hac­ı­bəyov baş­da ol­maq­la o dövrün ziy­a­lı­la­rı, inc­ə­sə­nət xa­dim­lə­ri Şöv­kə­tə mad­di yar­dım məq­sə­di­lə Tağ­ıy­ev te­a­t­rın­da bə­s­tə­ka­rın "Ər və ar­vad” ope­ret­ta­sını səhnəyə qoyurlar. To­pla­nan və­sa­it Şöv­kə­tin təh­si­li­nin da­va­mı­na sərf edil­mə­li idi. Ta­ma­şa­dan so­nra Şöv­kət səhnəyə çı­xıb oxu­mağa ba­ş­lay­ır. Şa­q­raq və mə­la­hət­li səs əv­vəlcə zal­da sükut ya­ratsa da, az so­nra san­ki yu­xu­dan ay­ı­lan Ba­kı qo­çu­la­rı səhnədə örtüksüz oxuyan ba­laca qızc­ığ­a­zı ölümlə hə­də­ləy­ə­rək təh­qi­ra­miz söz­lər yağdırmağa ba­ş­lay­ır­lar. Mir­zə­ağa Əliy­ev­lə Üzeyir bəy giz­li yol­la Şöv­kə­ti te­atr­dan qa­çı­rır­lar. Ta­ma­şa­dan to­pla­nan 1500 ma­nat pul müsa­di­rə olu­nur və Şöv­kət Tbilisiyə qay­ı­da­raq or­ta mək­tə­bi bi­ti­rir.

Tədqiqatçılar yazır ki, 1915-ci ildə Ş.Məmmədova Kiyev Konservatoriyasına (indiki Kiyev Musiqi Akademiyası) daxil olur və A.Şper­lin­qin sin­fin­də təh­si­li­ni da­vam etdirməyə ba­ş­lay­ır. 1915-ci ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurur. Kiy­ev Kon­ser­va­to­riy­a­sın­da oxu­duğu il­lərdə gör­kəm­li bə­s­tə­kar R.Qliy­er­lə görüşür və ya­ra­dıc­ı­lıq əla­qə­lə­ri ya­ra­nır. "Gəl, gəl, ey mə­nim ma­ra­lım”, "Küçə­lə­rə su səp­mi­şəm”, "Ye­ri, ye­ri küsmüşəm sən­dən” və s. Azər­bayc­an mah­nı­la­rı­nı Qliy­er ilk də­fə Şöv­kə­tin ifa­sın­da eşi­dir və Azər­bayc­an mu­si­qi­si­nə hey­ran olur. So­nra­lar bə­s­tə­kar "Şah­sə­nəm” ope­ra­sı­nı ya­zar­kən, Azər­bayc­an mu­si­qi nümu­nə­lə­rin­dən bə­h­rə­lən­ir. Qliy­er "Şah­sə­nəm” ope­ra­sı üzə­rin­də iş­ləy­ər­kən bir sı­ra çə­tin­lik­lər­lə üzləş­ir. Bə­s­tə­ka­rın əlin­də heç bir mu­si­qi ma­te­ri­a­lı yox idi. Şöv­kət xa­nım mil­li mu­si­qi par­ça­la­rı­nın araş­dı­rıl­ma­sın­da və ope­ra­da yer­li-ye­rin­də is­ti­fa­də olun­ma­sın­da Qliy­e­rə ya­xın­dan kö­mək­lik gö­s­tə­rir. Məhz Şöv­kət xa­nı­mın səyi nə­tic­ə­sin­də be­lə gö­zəl bir ope­ra ya­ra­nır. "Mən Ru­siy­a­da böyümüşəm. De­mək olar ki, Şöv­kət xa­nım Məm­mə­do­va ilə ilk ta­nı­ş­lığa qə­dər Azər­bayc­a­nı ta­nı­mır­dım. Azərbayca­nı ilk də­fə Şöv­kə­tin oxu­duğu xalq mah­nı­la­rı ilə kəşf et­mi­şəm” – deyə R.Qliy­er söyləyirdi.
Musiqişünaslar "Şövkət Məmmədova Azərbaycan opera səhnəsində rus və dünya vokal sənətinin ən yaxşı ənənələrini milli musiqi xüsusiyyətləri ilə əlaqələndirib” yazaraq, onun yaradıcılığını yüksək fikirlərlə tədqiq edirdilər.

Opera sənəti tarixində yeni səhifələr

1920-ci il­də Şöv­kət Məm­mə­do­va Kiy­ev Konser­va­to­riy­a­sı­nı bi­ti­rib Ba­kıya gə­lən­də ar­tıq püxtə­ləş­miş bir müğən­ni idi. Onun ye­ni for­ma­da, ye­ni ça­lar­lar­la oxu­mağını çoxları qəbul etmir. Ancaq Şöv­kət başa düşürdü ki, ye­ni­lik asanlıqla qəbul olunmur. O isə uşaqlıqdan maneələrə və qalibiyyətə öyrəşmişdi. Ş.Məmmədovanın bir müğən­ni ki­mi ye­tiş­məs­in­də Ü.Hac­ı­bəy­linin böyük xid­məti olur. "Cə­sa­rət­lə deyər­dim ki, Şöv­kət xa­nım Məm­mə­do­va vo­kal sənəti­mi­zin ilk pi­o­ne­ri olub­dur. O, bu sə­nə­tin gələcəyi üçün bütün gənc­liy­i­ni qur­ban ve­rib­dir ...” - deyə dahi bəstəkar yazırdı.

1921-ci ildən başlayaraq Şövkət xanım Rusiya, Fransa, İtaliya, İran, Gürcüstan, Daşkənd, Paris və Təbrizdə uğurla çıxış edir. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olur və orada sona çatdırılmamış təhsilini tamamilə başa vurur. 1923-cü ildə Ş.Məmmədovanın təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılır və o, 1923-1925-ci illərdə o təhsil ocağının direktoru, həm də not nəşriyyatının müdiri vəzifəsində çalışır.Azər­bayc­an­da ilk not nə­ş­riyy­a­tı məhz Şöv­kət Məm­mə­do­va­nın tə­şəbbüsü ilə ya­ra­dılır. Bu­ra­da Ü.Hac­ı­bəyovun, M. Ma­qo­may­e­vin re­dak­tə­si və tər­ti­bi ilə Azər­bayc­an xalq mah­nı­la­rı nəşr olu­nur­du. İn­di­ki Te­atr Xa­dim­lə­ri İt­ti­fa­qı da ilk də­fə Azər­bayc­an Te­atr Cə­miyy­ə­ti ki­mi məhz Şöv­kət xa­nım tə­rə­fin­dən ya­ra­dıl­ır və ilk di­rek­to­ru da sə­nət­ka­rın özü olur.

1925-ci il­də Pa­ri­s­də məş­hur bir Fran­sa bə­s­tə­ka­rı onun ifasın­dan hey­rət­lə­nə­rək "Bu müğən­ni çox na­dir səs tembrinə ma­lik­dir. Onun sə­si roy­a­lı ol­duqca pis vəziyyətdə qoyur. Bu müğən­ni üçün xüsu­si roy­al düzəltmək la­zım­dır” deyir. Fran­sız qə­zet­lə­rin­dən bi­ri isə ya­zır­dı: "Şöv­kət Məm­mə­do­va­nın çı­xı­şı bir da­ha sübut et­di ki, böyük mu­si­qi mə­də­niyy­ə­ti və vo­kal mə­ha­rə­ti anc­aq av­ro­pa­lı­la­rın qi­s­mə­ti dey­il”.

Ş.Məmmədova ilk azər­bayc­an­lı müğən­ni­dir ki, 1925-ci il­də Fran­sa­da sə­si ya­zıl­mış va­lı bu­ra­xılıb.

Şövkət xanım müxtə­lif il­lər­də mu­si­qi fol­k­lo­ru­mu­zun toplan­ma­sın­da iş­ti­rak edib. Bununla bağlı hət­ta Pa­ri­sdə də araşdırmalar aparıb. Ş.Məm­mə­do­va kon­ser­va­to­riy­a­nın vokal ka­fe­d­ra­sı­nın müdi­ri və vo­kal fakültə­si­nin de­ka­nı kimi mil­li kadr­la­rın ye­tiş­mə­sin­də böyük xid­mət­lər göstərib. O, 1949-cu il­dən kon­ser­va­to­riy­a­nın pro­fes­so­ru idi. SSRİ xalq ar­ti­st­lə­ri F. Əh­mə­do­va, M. Ma­qo­may­ev, V. Kə­ri­mov, A. Əliy­e­va, RSFSR xalq art­si­ti L.Pla­to­no­va, Uk­ray­na SSR xalq ar­ti­s­ti C. Ko­ça­ro­va, Tac­i­ki­s­tan SSR xalq ar­ti­s­ti O.Ori­fov, Sta­ni­slav­ski və Ne­mi­ro­viç - Dan­çen­ko adı­na Mosk­va Te­atr­la­rı­nın so­li­st­lə­ri M. Kar­lo­va, L. Şer­ba­ço­va, Azər­bayc­an müğən­ni­lə­ri A.İb­ra­hi­mo­va, T.Mir­zəy­e­va ki­mi ifa­çı­lar Şöv­kət xa­nı­mın tə­lə­bə­lə­ri ol­muş, vo­kal ifa­çı­lığ­ı­nın sir­lə­ri­ni on­dan öy­rən­mi­şdilər.
Rus ifa­çı­lıq sə­nə­ti­nin gör­kəm­li nümay­ən­də­lə­ri L.So­bi­na və A.Ne­jda­no­va ilə Şöv­kət xa­nım ai­lə­vi dost idi­lər. V. Gess, S.Sto­ler­man, A.Klib­son və b. ilə ya­ra­dıc­ı­lıq do­st­luğu yaranmışdı. Da­hi müğən­ni Bülbüllə hə­lə İta­liy­a­da təh­sil al­dığı il­lər­dən me­h­ri­ban dost idi­lər. Mehriban, səmimi xa­siyy­ət­i onu insanlarla dostlaşdırırdı.

Düşüncə ilə duyğu vəh­dəti

Azər­bayc­an mu­si­qi fol­k­lo­ru­nun gö­zəl ifa­çı­sı olan müğən­ni baş­qa xal­q­la­rın mah­nı­la­rı­nı da se­və-se­və oxuyub. O, Şu­bert, Şu­man, Qriq, Brams, Qlin­ka, Ru­ben­şteyn, Çay­kov­ski, Rim­ski-Kor­sa­kov, Qliy­er ki­mi gör­kəm­li Avro­pa və rus klas­sik bə­s­tə­kar­la­rı­nın vo­kal mu­si­qi­si­ni də öz reper­tu­a­rı­na da­xil et­miş­di. Ş.Məmmədovanın ifa etdiyi Rozina ("Sevilya bərbəri”, C.Rossini), Lakme ("Lakme”, L.Delib), Cilda ("Riqoletto”, C.Verdi), Olimpiya ("Hofmanın nağılları”, J.Offenbax), Marqarita Valua ("Hugenotlar”, C.Meyerber), Qar qız ("Qar qız”, N.Rimski-Korsakov), Antonida ("İvan Susanin”, M.Qlinka) və s. partiyalar Azərbaycanın opera sənəti tarixində yeni səhifələr açıb. Opera müğənnisinin yaradıcılığında həmçinin Şahsənəm ("Şahsənəm”, R.Qlier), Nərgiz, Gülzar ("Nərgiz”, "Şah İsmayıl”, M.Maqomayev), Gülçöhrə ("Arşın mal alan”, Ü.Hacıbəyov) partiyaları xüsusi yer tutur.

Ş.Məmmədova 1938-ci il­də Mosk­va­da ke­çi­ri­lən Azər­bayc­an incəsənə­ti ongünlüyündə Şah­sə­nəm və Nə­rg­iz obrazla­rı­nı elə mə­ha­rət­lə ifa etdir ki, həmin il­də SSRİ xalq ar­ti­s­ti fə­x­ri adı­na lay­iq görülür. Onun repertuarına Azərbaycan xalq mahnıları, rus və Qərb bəstəkarlarının kamera-vokal əsərləri daxil idi. Şövkət xa­nım ta­ma­şa­çı­nı təkcə sə­si ilə dey­il, ob­ra­zın da­xi­li alə­mi­ni, xa­rak­te­ri­ni us­ta­lıq­la aç­ma­sı ilə də hey­rə­tə gə­ti­rir­di. Onun ya­ra­dıc­ı­lığ­ın­da düşüncə ilə duyğu vəh­dət təş­kil edir­di.
Görkəmli müğən­ni Rə­şid Beh­bu­dov sənət dostunun peşəkarlığından ilhamlanaraq "Şöv­kət xa­nı­mı mən Azər­bayc­an ope­ra te­a­t­rı səh­nə­si­nə gə­lən ilk qa­dın müğən­ni ki­mi ta­nıy­ı­ram. İta­liya və Kiy­ev­də mükəm­məl mu­si­qi təh­si­li al­mış bu müğən­ni ilk gündən Azər­bayc­an mu­si­qi­si­nin ağ­ır­lığ­ı­nı çiy­nin­də da­şı­mış­dır. Onun gö­zəl ifa­çı­lıq ma­ne­ra­sı oxuy­an­la­rı­mız üçün ör­nək ol­muş­dur” deyirdi.
Prezident İlham Əliyevin Şövkət Məmmədovanın 120 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamı da böyük sənətkarın sənətinə verilən qiymətdir. Bu gün Bakıda görkəmli müğənninin adının əbədiləşdiyi küçə var. Opera sənətçisinin adını daşıyan studiyada gənc vokalçılar məşğul olur, təcrübələrini artırırlar. (artkaspi.az)

Xəbər 6106 dəfə oxunub.




15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +