“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


12.08.2020  19:45 

Azərbaycan üzərindən Polşaya 200 kq heroin aparılmasının qarşısı alındı





A+  A-

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İransan Polşaya dəmiryolu nəqliyyatı vasitəsilə külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında 6 avqust 2020-ci il tarixdə Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Polşada yerləşən şirkətlərdən birinin ünvanına müvafiq sənədlərdə "Gil" yükü daşıdığı əks olunan platforma "Astara Dəmir Yolu" gömrük postunda saxlanılıb və üzərində olan konteynerdəki yük kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb.

Konteynerdə olan 20 paletdəki 720 ədəd standart ölçülü kisələrdə qablaşdırılmış "Gil" yükünün yoxlanılması zamanı xidməti it paletlərdən ikisinə reaksiya verib və gömrükçülər həmin kisələr üzərində əsaslı yoxlama aparıb. Bu zaman hər paletdə 7 ədəd olmaqla, ümumilikdə 14 kisədən qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 200 kiloqram 800 qram narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsində Azərbaycan Resublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.

İlkin araşdırma zamanı Azərbaycan Respublikası ərazisindən tranzit keçirilməklə Avropaya aparılması nəzərdə tutulan külli miqdarda narkotik vasitələrinin gizlədildiyi kisələrin üzərində Azərbaycan Respublikasına məxsus istehsalçının "Üyüdülmüş Gil, Oğuz dağı, İstehsalçı: Mahmudov İ.İ. VÖEN 8600000742, Oğuz r-nu, H.Əliyev küç. 60" rekvizitlərinin əks olunması gömrük əməkdaşlarının diqqətini cəlb edib.

Araşdırma nəticəsində müəyyən edilib ki, sözügedən "gil" yükü Azərbaycan Respublikasının Oğuz rayonunda fəaliyyət göstərən fərdi sahibkar tərəfindən əvvəllər qanunamüvafiq qaydada Azərbaycan Respublikasından İran İslam Respublikasına ixrac edilən və İran İslam Respublikasında fəaliyyət göstərən cinayətkar qrupun üzvləri tərəfindən sonradan həmin kisələrə narkotik vasitələr gizlədərək onlardan narkotiklərin daşınması zamanı istifadə olunub.

"Göründüyü kimi gömrük orqanlarının həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində törətdiyi cinayət əməlləri ifşa olunan mütəşəkkil cinayətkar qruplaşmaların üzvləri (narkoqaçaqmalçılar) öz cinayətkar əməllərində Azərbaycan Respublikasına məxsus istehsalçıya aid kisələrdən istifadə etməklə təkcə narkotik
vasitələrin qaçaqmalçılığı əməllərinin cinayətkar izlərini itirməyə nail olmur, həmçinin Azərbaycan Respublikasında qanuni istehsal fəaliyyəti ilə məşğul olan sahibkarların həm ölkə daxilində, həm də digər ölkələrdə işgüzar nüfuzuna xələl gətirən hərəkətlərə yol verirlər.

Nəticədə bir daha qeyd etmək istəyirik ki, Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən transmilli cinayətlərlə mübarizə məzmun etibarı ilə təkcə belə cinayətin predmeti olan qanunsuz mal və əşyaların dövriyyədən çıxarılması, bu cinayətlərin törədilməsində iştirak edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini deyil, həmçinin Azərbaycan Respublikasının sahibkarlıq fəaliyyəti subyektlərinin qanuni mənafeyinin qorunmasını ilə yanaşı, Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin edilməsi, onun beynəlxalq nüfuzunun zərər görməməsindən ötəri kompleks tədbirləri əhatə edir", - deyə Komitədən bildirilib.

Xəbər 1551 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +