13.10.2022 17:50
Fransa sülhyaratma prosesindən təcili kənarlaşdırılmalıdır
Sosial şəbəkələrin erməni seqmentində, Teleqram kanallarında Fransa Prezidentı Emmanuel Makronun Franse 2 kanalının “L’ Evenement” proqramına verdiyi müsahibə təqdim olunub.
Həmin müsahibədə turkəfob Makron birmənalı olaraq Ermənistanı həmişə müdafiə edəcəyini, guya Ermənistanın regionda həmişə tolerantlıq, sülh ugrunda mübarizə apardığını Qarabagın mübahisəli ərazi oldugunu, habelə “Daglıq Qarabag”ın Ermənistanın ürəyi oldugu üçun orada “oldugunu“ qeyd edib. Daha sonra Makron bir az da irəli gedərək Azərbaycanın bu ərazini “dəhşətli müharibə ”apararaq “işgal “etdiyini deyib.
Həmçini Azərbaycandan qaz, neft almadıgı üçün onu “satın almgının “ qeyri mümkünlüyünu deyərək Avropanın enerji təhlukəzliyinin təmin edilməsində böyük səylər göstərən şəxslərin - bir çox Avropa ölkələrinin rəhbərlərinin və həmkarlarının, Avropa İttifaqının yüksək məmurları Şarl Mişeli, Avropa Komissiyasının Prezidenti xanım Fon der Lyayenı və digərlərinin fəaliyətlərini şübhə altına almaga və onların “ələ almasına” işarə vurub.
Halbuku ölkəmiz hazırkı mürəkkəb , Ukraynaya qarşı təcavüzkar müharibənin davam etdiyi şəraitdə böyük siyasi, iqtisadi və digər risklərə gedərək və fədakarlıq göstərərək Avropanın enerji təhlükəsizliyin təmin edilməsində iştirak edir.
Makronun bu müsahibəsində səsləndirdiyi bütün fikirləri və verlişin ruhu tam ölkəmizə qarşı olmuşdur.
Biz Azərbaycan cəmiyyəti olaraq Makronun və Fransanın digər dövlət və hökümət və bütövlükdə siyasi istebleşmenti tərəfindən səsləndirilən fikirlərin və fəliyyətlərin tam olaraq Ermənistanın işgalçı və terorçu fəaliyyətinə ortaq olmağın, onminlərlə insanların qətlinə və Xocalı soyqırımına haqq qazandırmanın və Cənubi Qafqazı yeni müharibəyə sürukləyən, islamafobiya və türkəfobiyanın bir dövlət siyasətinə çevrilməsi nümunəsi kimi qiymətləndirməli və adekvat addımlar atmalıyıq.
Erməni işgalını bitmənalı müdafiə edən, Ermənistana maddi, hərbi yardım göstərən və müzdluların göndərilməsində, erməni xüsüsi təyinatlılarının, diversantlarının hazırlanmasında və kəşfiyyat məlumatları ilə təchiz edilməsində iştirak edən, (ermənilərin son senyabr təxribatında 80 hərbiçimizın həlak olmasında birbaşa iştirakçı olub) 30 il ərzində həmsədlərdən biri kimi tam ermənipərəst fəaliyyəti ilə yadda qalan və bütövlükdə son 2 ildə isə ançaq anitazərbaycan siyasət aparan bir ölkə Ermənistan -Azərbaycan arasında sülhyaratma prosesindən təcili kənarlaşdırılmalıdır.
Azərbaycan XİN təcili olaraq Emmanuel Makronun Franse 2 telviziyasına verdiyi müsahibəsi, habelə Fransa hökümətinin rəsmilərinin açıqlamaları ilə baglı bəyanat verərək Fransaın vasitəçiliyindən imtina etməlidir!
Əks halda Avtopa İttifaqından Ermənistana gələn missiyanın növbəti antiazərbaycan hesabatının şahidi olacagıq ki, bu sülh müqaviləsinin hazırlanması və imzalnmasına əngəllər yaradacaq.
Çünki, Ermənistan tərəfi növbəti dəfə vəkili kimi çıxış edən Fransaya arxalanaraq sülh müqaviləsinin imzalanmasını hər vasitə ilə uzatmaga çalışacaq. Bu münaqişənin illərlə davam etməsini arzulayan və özlərinin siyasi, iqtisadi və geopolitik maraqlarının təmin olunmasını istəyən qüvvələrin Cənubi Qafqaz ugurunda mubrizəsinin daha da güclənməsinə yeni imkanlar yaradacaq.
Makronun yeni “sülh”yaradıclıgını göstərən erməni sosial şəbəkələrində və Telqram kanllarında yayılan növbəti “sülh planına“ “tərəfsizlik” hədiyyəsi olan çıxışının linki və onun erməni təqdimatı olan linklərini rəy bölməsində paylaşıram.
Əliməmməd Nuriyev
Xəbər 1283 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|