“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


06.07.2022  20:12 

Reabilitasiya mərkəzinin 5 əməkdaşı həbs olunub





A+  A-

Bakıda narkotik, alkoqolizm və digər asılılıqlardan müalicə mərkəzi kimi fəaliyyət göstərən "New Life" reabilitasiya mərkəzinin 5 əməkdaşı prokurorluq orqanları tərəfindən həbs olunub.

XəzərNews.az APA-ya istinadən xəbər verir ki, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən mərkəzin rəhbəri Orucəli Heydərov, mərkəzdə fəaliyyət göstərən Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov mərkəzdə müalicə olunan pasientlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar.

Hüseyn Məmmədovun valideyni və orada qalmış daha üç nəfər - Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev zərərçəkmiş qismində tanınıb.

Cinayət işinin materiallarında göstərilib ki, “New Life” Reabilitasiya Mərkəzində müalicə kursu keçən pasientlərin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb.

Reabilitasiya zamanı isə dünyada narkotik, alkoqol asılılığının müalicəsində tətbiq olunan “12 addım” proqramından istifadə olunub. Lakin sözügedən mərkəzdə qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib. Belə ki, Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutub döyüblər.

Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Zərərçəkmiş qismində tanınmış Hüseyn Məmmədov müalicə gedişində vəfat edib. Digər pasientlər Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev isə işgəncələr nəticəsində müxtəlif bədən xəsarətləri alıblar. Onların barmaqlarının sındırıldığı və digər işgəncələrə məruz qaldığı bildirilib.

İlkin olaraq Hüseyn Məmmədovun əzab verilməsi nəticəsində öldüyü güman edilsə də, ekspertiza rəyindən sonra onun yüksək dozada narkotik qəbulundan vəfat etdiyi məlum olub.

Prokurorluq tərəfindən aparılan araşdırma nəticəsində saxlanılan beş nəfər Cinayət Məcəlləsinin 133 (əzab vermə), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndiriliblər.

Elvüsal Hüseynov, Orucəli Əliheydərov və Famil Rzayeva həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham verilib. İttihama görə onlar qanunsuz sahibkarlıq yolu ilə 81 min manat gəlir əldə ediblər. İttiham olunan şəxslərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

İttiham olunan şəxslər isə heç biri özünü təqsirli bilməyərək cinayət işinin materiallarında yazılanlarla razılaşmırlar.

Məhkəmədə təqsirləndirilən şəxslərin vəkilləri Anar Məmişov, Samir İsayev və digərləri vəsatət qaldıraraq cinayət işinin yenidən istintaqa qaytarılmasını və müvəkkillərinin ev dustaqlığına buraxılmasını istəyiblər. Bundan başqa, vəkil Anar Məmişov iş üzrə prokurorluğun rəyinin sübutlar siyahısından çıxarılmasını istəyib.

Vəkillərin vəsatətləri təmin olunmayıb.

Xatırladaq ki, "New Life Reabilitasiya Mərkəzinin bir müddət əvvələ kimi yüksək tələbələrə cavab verən mərkəz olması ilə bağlı telekanallarda reklamlar verilib.

Xəbər 1671 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +