“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


05.07.2022  09:30 

Bakıda 111 avtobus gecikmə ilə hərəkət edir





A+  A-

Bu gün səhər pik saatlarında paytaxtın bir sıra küçə və prospektlərində müşahidə olunan nəqliyyat sıxlıqları və tıxac səbəbindən müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda ləngimələr müşahidə olunur.

Bu barədə XəzərNews.az-a Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, şəhər mərkəzi və ətraf qəsəbələri əhatə edən 13 əsas istiqamət üzrə müşahidə olunan nəqliyyat sıxlığı və tıxac səbəbindən 69 müntəzəm marşrut xətti üzrə 111 avtobusun hərəkət intervalından gecikmələr var.

1. Heydər Əliyev prospekti şəhər istiqamətində 1, 2, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-14 dəqiqə gecikmə müşahidə olunur.

2. Bakı-Sumqayıt şossesində-şəhər istiqamətində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından 20 Yanvar dairəsi istiqamətində Moskva prospektində 2, 7A, 13, 14, 18, 96, 114A, 114B, 119 və 135 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda gecikmə 12-20 dəqiqədir.

3. Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda da 20 Yanvar dairəsi istiqamətində nəqliyyat sıxlığı səbəbindən 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 7-13 dəqiqə gecikmə var.

4. Zabrat Şosesi - Maştağa istiqamətində 40, 131, 163, 216, 217 və M8 N-li müntəzəm marşrut xətlərindəki avtobuslar 8-12 dəqiqə gecikmə ilə hərəkət edir.

5. Abdulvahab Salamzadə küçəsi-Ziya Bünyadov prospekti istiqamətində 7A, 7B, 61, 67, 83, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-14 dəqiqəyə gecikmə müşahidə olunur.

6. Yavər Əliyev küçəsi Aeroport şosesi istiqamətində 35, 40, 49, 76, 113 və 208 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-8 dəqiqə qeydə alınıb.

7. Akademik Həsən Əliyev küçəsi-hər iki istiqamətdə 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 8-11 dəqiqə gecikmə var.

8. Koroğlu Rəhimov küçəsi-hər iki istiqamətində 13 nömrəli müntəzəm marşrut xəttində interval11-14 dəqiqə gecikir.

9. Dilarə Əliyeva küçəsi – hər iki istiqamətində 1, 2, 4, 14, 21, 30, 32, 40, 46, 88A və 175 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-8 dəqiqəyə ləngimə var.

10. 28 May küçəsinin, Yusif Səfərov küçəsi ilə kəsişməsindən başlayaraq, Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər müşahidə olunan nəqliyyat sıxlığı ilə əlaqədar 1, 2, 4, 5, 21, 30, 32, 46, 88, 125, 127, 175 N-li müntəzəm marşrut xətləri üzrə avtobuslararası intervallarda 6-8 dəqiqə gecikmə müşahidə olunur.

11. Azadlıq prospekti 28 May m/s istiqamətində 4, 85 və 88 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslar 6-9 dəqiqə gecikir.

12. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 5-13 dəqiqə gecikmə müşahidə olunur.

13. Binəqədi şosesi – Binəqədi istiqamətində 71, 79, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-18 dəqiqə gecikmə var.

Xəbər 1387 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +