“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


04.07.2022  19:00 

DYP binasına gəlib, “Sizi qovduracağam” deyən şəxs HƏBS EDİLDİ





A+  A-

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinə gələrək xuliqanlıq etməkdə təqsirləndirilən şəxs həbs edilib.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, insident iyunun 29-da baş verib. Belə ki, iyunun 28-də yol polisi əməkdaşları 1988-ci il təvəllüdlü M.Şabanova məxsus “KamAZ” markalı yük maşınını saxlayıblar. Avtomobilə əlavə avadanlığın quraşdırıldığını bildirən polislər İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən protokol tərtib ediblər və yük maşınını mühafizə olunan duracağa aparıblar.

Bundan bir gün sonra yük maşınının sahibi atası ilə birlikdə saat 17 radələrində BŞBPİ-nin DYP İdarəsinə gəliblər. İttihama görə, onlar yük maşınının dərhal duracaqdan buraxılmasını tələb ediblər. Bu zaman sürücüyə hüquq və vəzifələri izah edilsə də, o və atası razılaşmayıb və səs-küy salmağa başlayıblar. Polisin şərəf və ləyaqətini alçaldan nalayiq ifadələr işlədərək ətrafdakı insanların diqqətini özlərinə cəlb edən M.Şabanov “sizi daxili işlər orqanlarından qovduracağam” ifadəsini işlədərək qışqırıb. Daha sonra o, DYP əməkdaşının xidməti otağını tərk edib dəhlizə çıxıb qaçmağa cəhd göstərib. Oradakı polislər həmin şəxsi saxlamağa cəhd etsələr də, o polisləri itələyərək onların tələblərinə qəsdən tabe olmayaraq qaçmağa cəhd göstərib.

Həmin şəxslər saat 17:30-dan 17:45-dək DYPİ-nin iş rejimini pozublar və binaya gələn Çevik Polis Alayının köməyi ilə onları saxlayaraq Yasamal RPİ-nin 28-ci PB-yə gətirmək mümkün olub. Burada 1988-ci il təvəllüdlü M.Şabanov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tab olmama) maddələri ilə protokol tərtib edilib.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə M.Şabanova 15 gün müddətinə inzibati həbs cəzası verilib.



Xəbər 1711 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +