“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


03.07.2022  14:45 

O 3-4 aparıcı telekanlların çörək ağaclarıdır...





A+  A-

İndi İranda ən populyar azərbaycanlı jurnalistlər teleaparıcı Zaur Kamal və jurnalistikamızın duayenlərindın olan İlqar Əlfioğludur. Biri müğənni Afşin Azəriyə qarşı qeyri-etik davranışına görə, digəri bu davranışa anındaca sərt münasibət bildirməsinə görə...

Amma hadisənin bu qədər ictimai etiraz doğurmasına, çoxsaylı sərt çağırışlara rəğmən hansısa addımlar atılacağını gözləməyin. Səbəb sadədir.

Əvvələn, qızıl yumurtalayan toyuqları kimsə kəsmir. Xoşunuza gəlməyən, hər dəfə ciddi ictimai etirazlara səbəb olan o 3-4 aparıcı telekanlların çörək ağaclarıdır. Bir telekanaldan qovduracaqsız, o da iynəsini vurub yaxasına başqa telekanala keçəcək. Bu telekanallar yasaq etsə, hərçənd belə hal olmayacaq, You tube kanallar ağuşlarına alacaqlar. Deyilənlərə görə, bir zamanlar maestro Niyazi filarmoniyanın səhnəsini dövrünün efirdən qovulan müğənnilərinə verirmiş ki, onların konsertindən gələn gəlirlə kollektivi saxlaya və daha ciddi musiqi ifaçılarının çıxışlarını təşkil edə bilsin.

Böyük reklam bazarı olmadığı, mövcud kiçik bazarda da qeyri-şəffaflıq hökm sürdüyü üçün öz imkanları və əlaqələri sayəsində izləyici kütləsi toplaya, normal gəlir cəlb edə bilən aparıcı və layihələrdən hansı kanal imtina edər ki?

İkincisi, istər Azərbaycan Respublikasında, istər İranda baş vermiş hadisəyə etirazların özündə qeyri-sağlam yanaşma var. Bizim son illər ümumislam, ümumtürk təəssübkeşlikləri ilə bir az basıdırlmış kortəbii ümumazərbaycan patriotizmimiz qəfil fontan verdi. Əndazədən çıxmasa, bir qəbahət də yoxdur. Amma peşə etikasının, efir mədəniyyətinin, ən əsası insan haqlarının pozulması yox, "güneyli qardaşımızın" qovulması qabardılır. Sanki məsələn, Afşin Azəri deyil, hansısa Şəbnəm Tovuzlu, ya Rüfət Nasosnı qovulsaydı, onunla belə davranış məqbul sayılacaqdı.

İranda isə hər halda yönəldilən media "iranlı müğənninin bakılı jurnalist tərəfindən" təhqir edilməsindən yazır. Hələ bir müddət əvvəl İranın mədəniyyətə məsul mərkəzi qurumlarının Azərbaycan vilayətləri rəhbərlırinə "Bakıdan gələn mədəni təsirləri azlatmaq" haqda göstərişləri mediaya da sızmışdı. İndi ələ belə əla fürsət düşüb, mümkün qədər də faydlanırlar. Demək, bu müzakirələr hələ bir xeyli davam edəcək. Çalışın, gərginləşdirməyin...

Cəmaləddin Quliyev

Xəbər 1572 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +