“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


01.07.2022  16:30 

Qarpızın bu hissəsi cinsi aktivliyi artırır...





A+  A-

Qarpız yay aylarının ən möcüzəli məhsuludur desək yanılmarıq. Bir çox quru meyvələrin tərkibində olan argininin afrodizyak təsiri olduğu məlumdur. Argininin ən zəngin mənbəyi qarpız tumlarıdır amma bəzən qarpız tumlarının appendisitə səbəb olduğu deyilir və təbii ki bu belə deyil.

Qarpızın ağ hissəsi yüksək miqdarda sitrulin ehtiva edir. Bu maddə viaqradan daha təsirli olan təbii vasitədır. Sitrulin orqanizmə daxil olduqda, daha əvvəl qeyd etdiyim qarpız tumunda olan və cinsi gücü artırdığı bilinən arginin maddəsinə çevrilir. Arginin damar divarında daha çox azot oksidi istehsal edərək cinsi gücü artıran dərmanlar kimi fəaliyyət göstərir. Kişilər qarpızın bu ağ hissələrindən təbii cinsi istəyi artıran dərman qədər faydalana bilərlər.

Argininlə zəngin qidalar siyahısında qarpızdan sonra balqabaq tumu, yerfıstığı, günəbaxan tumları, badam və fındıq da var. Xüsusilə günəbaxan tumları və fındıq yüksək miqdarda E vitamini ehtiva edir və bu vitaminin cinsəlliyə və reproduktiv sağlamlığa müsbət təsiri çoxdan məlumdur. Qarpız eyni zamanda A və C vitaminləri ilə yanaşı kalium,maqnezium, kalsiumla da zəngindir. Buna görə də təzə hazırlanmış “qarpız suyu” əla yay içkisi hesab olunur və orqanizmdə maye balansını qoruyur.

Ağa Salamov
Qida Məsələləri Üzrə Mütəxəssis


Xəbər 1649 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +