“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


13.05.2022  21:34 

İsa Qəmbər “180 manat məsələsi”ndən danışdı





A+  A-

“Son iki gündə saysız-hesabsız jurnalistlər mənə müraciət ediblər. Açığı, heç biri ilə danışmamışam. Etibarnamə əsasında vəkilim Nemət Kərimlinin üzərinə yönəltmişəm ki, suallara o, cavab versin”.

XəzərNews.az xəbər verir ki, bunu Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər “Xural” TV-nin canlı yayımında ona pensiya təyinatı ilə bağlı sualı cavablandırarkən deyib.

“Əslində, mən müraciət etməmişdim. Müraciəti vəkilim Nemət Kərimli edib. İstəyirəm ki, bu məsələyə hüquqi müstəvidə yanaşılsın. Ancaq belə başa düşürəm ki, mən də bu mövzuda bəzi fikirlər söyləməliyəm.

Məni tanıyanlar tanıyır, heç vaxt pulla, sərvətlə maraqlanmamışam. Bunlar mənim üçün heç zaman öndə olan hədəf, dəyər olmayıb. İndi də bu, mənim üçün həlledici mövzu deyil”, - o qeyd edib.

İ.Qəmbər vurğulayıb ki, bütün deputatlara yüksək pensiya təyin olunur:

“Amma 1990-1995-ci ildə mövcud olmuş parlament üzvlərinə pensiya verilmir. Adını da belə qoyurlar ki, deputatlara verilən pensiya ancaq 1995-ci ildə yeni konstitusiya qəbul ediləndən sonrakı dövrə aiddir.

Bunu qanunda yazmayıblar. İlk dəfə bu məsələ gündəmə gələndə məhkəməyə müraciət ediblər, məhkəmə hökm çıxarıb. O hökmdən istifadə edirlər”.

Sabiq başqanın sözlərinə görə, Pensiya haqqında qanunda yazılır ki, müstəqillik əldə ediləndən Azərbaycanda qanunvericilik, icra və məhkəmə sistemində çalışan dövlət qulluqçularına aid edilən bir pensiya növü var:

“Bu pensiya növü bizə də aid edilməlidir. Vəkilim Nemət Kərimli də müvafiq dövlət qurumlarına müraciət edərkən həmin maddəyə istinad edib. Biz bilirdik ki, 1990-1995-ci illərdə deputat olan istiqlalçı millət vəkillərinə pensiya verilmir. Ona görə vəkilim orada yazmışdı ki, 1992-1993-cü illərdə Ali Sovetin sədri olmuş İsa Qəmbər... Yəni söhbət Ali Sovetin sədrliyindən gedir. Bu, pensiya haqqında qanunun 20.1.1-ci maddəsinə uyğundur.

Buna mənfi cavab verilib. Cavab yazısında da deyə bilmirlər ki, maddə düzgün yazılmayıb, məsələni dolaşdırırlar. Başqa müddəalar gətirirlər. ciddi cavab deyil. Ona görə də bu gün biz məsləhətləşdik. Vəkilim mənim verdiyim etibarnamə əsasında məhkəməyə müraciət edəcək”.

Qeyd edək ki, İsa Qəmbərə 180 manat pensiya təyin olunub.

Xəbər 6707 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +