“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


13.05.2022  16:28 

Cavid Qurbanov ADY-ni borc içində batırır, amma...





A+  A-

“Artıq iki ildən çoxdur ki, Bakı – Balakən sərnişin qatarı işləmir. Əvvəllər bunun pandemiya ilə bağlı olduğu bildirilirdi. Lakin şəhərlərarası avtobus reysləri işə salınandan sonra Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı açıqlama verdi ki, sərnişin qatarlarının işləməməsi pandemiya ilə əlaqəli deyil. Sonralar ADY rəhbərlərinin çıxışından belə anlaşılırdı ki, ADY-nin xeyli borcu var, dəmir yol xətlərində problemlər var, yenilənmələr aparılmalıdır, nə zaman başa çatacağı ilə bağlı da heç bir ağlabatan açaqılamalar verilməyib”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz çıxış edib.

O.Gündüz bildirib ki, bəs görəsən səbəb nədir?

“Ötən gün Azərbaycan Dəmir Yolu QSC-nin departament rəhbəri Emil Əhmədov maraqlı bir açıqlama verib. O, son zamanlar Gürcüstan və Azərbaycan arasında yükdaşımalarda yaranan problemin Gürcüstan tərəfin mövcud dəmir yol infrastrukturunun zəif olması ilə izah edib” – deyən O.Gündüz əlavə edib ki, yəni hazırda Azərbaycandan Gürcüstana doğru TIR növbələri ilə yanaşı qatarların da tıxacının yaranmasını Gürcüstanın imkanlarının yetərli olmaması ilə izah edib.



O.Gündüzün sözlərinə görə, maraqlı məqam odur ki, Emil müəllim vəziyyətdən çıxış yolu üçün təcili olaraq Gürcüstana kömək göstərdiklərini, çox sayda elektrovozlar və lokomativlər təqdim etdiklərini bildirib:

“Deməli, buradan belə qənaətə gəlmək olar ki, ADY investisiyanı qonşu ölkələrin infrastrukturuna yatırdığından daxili xətlərin bərpasına vəsait çatışmır. Anlaşılmazdır. İki ildir ki, bu təbii inhisar subyekti sərnişin daşınmasını dayandırıb. Xətlərin yenilənməsi üçün heç bir yenidənqurma işləri aparmır, bununla əlaqəli heç bir ağlabatan məlumat vermir. Xatırlayıram ki, bir müddət öncə Asiya İnkişaf Bankı da ADY-nın borc içərisində olması haqqında Hesabat paylaşmışdı. Amma ADY yükdaşımalarda problemi olan Gürcüstana kömək əlini uzadır. Bunu necə anlamaq olar? Belə çıxır ki, bir neçə uğurlu beynəlxalq layihəni gerçəkləşdirən, yükdaşımalarda aktivlik göstərən qurum sərnişindaşımanı ümumiyyətlə bir kənara atıb. Düşünürəm ki, bütün bunlar doğru bir yanaşma deyil. Aidiyyatı qurumlar bu məsələyə diqqət yetirməlidir”.



O.Gündüz ADY-ni özəlləşdirməyə çıxarmağı təklif edib:

“Bildiyim qədər Antiinhisar Dövlət Xidməti də Azərbaycan Dəmir Yollarına qarşı antiinhisar qanunvericiliyin pozulması ilə bağlı iş qaldırıb. Ümid edirəm bu məsələ diqqətdə saxlanacaq”.


Xəbər 7641 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +