“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


12.05.2022  12:39 

Polis rəisinə ağır ittihamlar: “Məni doğradılar, damarımı kəsdilər...” - Səs yazısı





A+  A-

May ayının 7-də aldığı bədən xəsarətləri nəticəsində Şəmkir rayon Xəstəxanasında dünyasını dəyişən 54 yaşlı Arzu Cabbarovun əvvəlcədən planlaşdırılmış şantaj əməliyyatının qurbanı olduğu haqda çox ciddi şübhələr var. Şəmkirdə tikinti materialları ticarəti ilə məşğul olan A.Cabbarov rayonun orta səviyyəli sahibkarlarından biri idi.

XəzərNews.az xəbər verir ki, bu barədə “AzPolitika.info”ya Şəmkirdəki mənbələr danışıblar. Eyni zamanda, A.Cabbarovun hadisədən az sonra – xəstəxanaya aparılarkən öz yaxınına atdığı səs yazısı da sayta təqdim olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, may ayının 7-də saat 17:50 radələrində Şəmkir rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək tanışı Arzu Cabbarov tərəfindən təhqir olunaraq döyüldüyünü bildirib və kömək istəyib. Qeyd olunub ki, müraciətlə əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə gələrkən həmin qadın ilə A.Cabbarovun mübahisəni davam etdirdiklərini gördükdə vətəndaş A.Cabbarov ilə profilaktiki söhbətlər apararaq onu sakitləşdirməyə çalışıb.




“Lakin A.Cabbarov öz aqressiv hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmayaraq evin qapısındakı pəncərənin şüşəsini sındıraraq həmin şüşə ilə sol qolunun dirsək bükümünü kəsib. Polis əməkdaşları dərhal ona ilkin tibbi yardım göstərərək Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Arzu Cabbarov dərhal əməliyyat edilsə də, əməliyyatdan az sonra vəfat edib. Hazırda fakt Daxili İşlər Nazirliyinin və Respublika Baş Prokurorluğunun diqqətindədir, araşdırmalar davam etdirilir”, - Daxili İşlər Nazirliyinin Regional Mətbuat xidmətindən məlumat verilib.

Lakin Şəmkirdəki mənbələr hadisənin yuxarıdakı rəsmi açıqlamada deyildiyi kimi baş verdiyini ciddi şübhə altına alır. Məlumata görə, A.Cabbarovun rayonun əksər sahibkarları kimi, Şəmkir Polis Şöbəsi ilə ciddi problemləri olub. Onu bir neçə dəfə saxlayıb, külli miqdarda pulunu aldıqdan sonra sərbəst buraxıblar. Lakin yenə də əl çəkməyiblər. Hətta bir dəfə hazırda Şəmkir RPŞ-nın rəis müavini postunu tutan Bayram İsmayılov onun evinə daxil olaraq yaşlı anasına qarşı zorakılıq da edib. Bu hadisəyə görə Bayram İsmayılov polis orqanlarından uzaqlaşdırılsa da, daha sonra yenidən işə qaytarılıb, ötən il isə Şəmkir rayon Polis Şöbəsinin post-patrul bölüyünün komandiri vəzifəsindən azad olunaraq, həmin şöbəyə Xidmət üzrə rəis müavini təyin olunub.

“Mayın 7-də Arzu Cabbarov hadisənin baş verdiyi evə, ev sahibi olan qadının yanına gedib. Bir qədər sonra 2 polis işçisi qəfil evə daxil olaraq, yataq otağında çəkiliş aparmağa başlayıblar. Bundan sonra Arzu ilə həmin polis əməkdaşları arasında süpürləşmə başlayıb. Nəticədə Arzu qolundan ciddi xəsarətlə elə həmin polis nəfərləri tərəfindən xəstəxanaya çatdırılsa da, əməliyyatdan sonra keçinib”, - Şəmkirdəki məlumatlı mənbə bildirir.



Hadisədən dərhal sonra Arzu Cabbarov yaxınlarına səs yazısı atıb. “AzPolitika.info”a təqdim olunmuş səs yazısında o, həyəcanla deyir: “Aqil, məni doğrayıblar, özünü bolnisaya (xəstəxanaya) çatdır, tez. Damarım kəsilib... damarımı kəsiblər. Tez özünü çatdır”.

Bu səs yazısındakı arxa fonda isə polis əməkdaşının səsi eşidilir: “Ay rəis, bu Arzu ... (sonrakı ifadələr aydın eşidilmir-red.) nağayrım?”

Bu səs yazısı bəzi nəticələr çıxarmağa əsas verir. Məsələn, polis əməkdaşı özünə xəsarət yetirən şəxsin Arzu Cabbarov olduğunu bilir. Ona görə də rəisinə Arzunun adını çəkərək müraciət edir: “Bu Arzu...”

Bu fakt polis əməkdaşlarının guya hadisə yerinə hansısa qadının müraciəti əsasında təsadüfən getdikləri versiyasını istisna edir.

İkincisi, hadisə yerindəki polis nəfərinin “Ay rəis” deyə müraciət etdiyi şəxs kimdir? Şəmkir RPŞ-nın rəisi Elnur Həsənov, müavini Bayram İsmayılov, yoxsa bir başqası? O, hər kimdirsə, bu səs yazısı sübut edir ki, polis əməkdaşlarını Arzu Cabbarovun intim videosunu çəkmək məqsədilə göndərən məhz odur!

Yeri gəlmişkən, rəsmi açıqlamaya görə, hansısa qadın Şəmkir Polis İdarəsinə müraciət edib. Aydın deyil ki, hansı formada müraciət edib? 102 xidmətinə zəng vurulub, yoxsa birbaşa polis idarəsinin telefonlarına? Belə görünür ki, 102 xidmətinə müraciət olunmayıb. Əks halda rəsmi açıqlama bu formada olardı. Belədə, yeni sual yaranır:
Həmin qadın bu dar macalda RPİ-nin telefon nömrəsini necə tapdı? Niyə hamının etdiyi kimi, 102 xidmətinə deyil, Şəmkir RPŞ-dən kiməsə zəng vurub?

Digər sual: Evin qapısı niyə açıq olub? Axı, məntiqlə, intim münasibət məqsədilə evinə kişi qəbul edən qadın qapını bərk-bərk bağlamalı idi?!...

Şübhə yaradan digər bir məqam: Xanım həqiqətən polisə müraciət etsə də, polis əməkdaşlarının həmin evə gəlmələri xeyli vaxt apara bilərdi. Belə olduğu halda, onsuz da RPİ-nin rəhbərliyi ilə problemləri olan Arzu Cabbarov qadının polisə zəng etdiyini görə-görə niyə oranı tərk etməyib?



Bütün bu suallar, şübhələr ondan xəbər verir ki, A.Cabbarovun ölümü ilə nəticələnən hadisədə çoxlu qaranlıq məqamlar, hətta cinayət izləri var. İstintaq obyektiv olarsa, bütün bu suallara aydınlıq gətirib, bu barədə ictimaiyyəti də məlumatlandırmalıdır.

Ümumiyyətlə, Şəmkir RPİ-nin fəaliyyətindən çox ciddi narazılıq var. Şəmkirdəki mötəbər mənbələr RPŞ-nın rayonun sahibkarlarına qənim kəsildiyini bildirirlər. “Vaxtilə Eldar Mahmudovun etdiyi kimi, bütün iş adamlarını filtrasiyadan keçirirlər. RPŞ-nın 3-cü mərtəbəsində bir otaq yaradıblar, adamları qanunsuz olaraq bəzən günlərlə həmin otaqda saxlayırlar. Elə bu yaxınlarda “Günəş” ticarət mərkəzinin rəhbərini ora basmışdılar...”, - həmin mənbələrdən biri deyir.

Arzu Cabbarovun ölümündən artıq 4 gün keçib. İstintaqın ilkin araşdırmaları nələri ortaya çıxarıb?

Bununla bağlı Respublika Prokurorluğunun mətbuat xidmətinə sorğu ünvanlansa da cavab verilməyib.



DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov isə Bakupost.az -a açıqlamsında bildirib ki, məsələ həm Daxili İşlər Nazirliyinin həm də Respublika Baş Prokurorluğunun diqqətindədir:

"Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Şəmkir rayon sakini olan iş adamının rayon Polis Şöbəsində öldürülməsi ilə bağlı həqiqətə uyğun olmayan, qərəzli və təhrif olunmuş məlumatlar yayılıb. Mayın 7-də saat 18 radələrində rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək tanışı Arzu Cabbarovun onun təhqir edərək döyməsini bildirib. Müraciətlə əlaqədar polis əməkdaşları həmin ünvana gələrək vətəndaş Arzu Cabbarovla profilaktiki söhbətlər apararaq onu sakitləşdirməyə çalışıblar. Lakin o öz aqressiv hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmayıb, evin pəncərəsini yumruqla sındırmış, daha sonra həmin pəncərənin şüşəsi ilə sol qoluna xəsarət yetirib. Polis əməkdaşları vətəndaşa ilkin tibbi yardım göstərdikdən sonra onu Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırıb, xəstə dərhal əməliyyat edilib.
Əməliyyatdan qısa müddət sonra Arzu Cabbarov vəfat edib. Məsələ həm Daxili İşlər Nazirliyinin həm də Respublika Baş Prokurorluğunun diqqətindərir. Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Göründüyü kimi hadisə rayon Polis Şöbəsində deyil rayon sakini olan bir qadının evində baş verib. Bundan başqa rayon sakinlərinin etiraz etməsi və digər rayonlardan polisə kömək cəlb edilməsi ilə bağlı iddialar isə tamamilə əsassızdır, həqiqəti əks etdirmir".



Xəbər 5407 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +