“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


09.05.2022  10:54 

Jurnalistə qarşı hücum pislənilir - Rəylər





A+  A-

Jurnalist Aytən Məmmədovaya qarşı bıçaqlı hücum cəmiyyətdə birmənalı qarşılanmayıb.

XəzərNews.az xəbər verir ki, tanınmış jurnalistlər A.Məmmədovaya qarşı hücumu kəskin pisləyiblər.

Ələsgər Əhmədoğlu/media eksperti:

Peşəkar jurnalist Aytən xanım Məmmədovaya qarşı baş verən hadisə (məhkəmə oçerklərini dayandırmasa bıçaqla öldürmə hədəsi) dərhal araşdırılmalıdır. Bu cinayətdir. Cinayətin sifarişçisi və icraçısı dərhal məsuliyyətə cəlb edilməlidir. Xüsusilə Prokurorluq bu işi nəzarətə götürməlidir. Burada Prokurorluğa ciddi məsuliyyət düşür.


Osman Gündüz/ekspert:

Peşəkar jurnalist Aytən Məmmədovanın hücuma məruz qalmasına və təhdid olunmasına ciddi hüquqi qiymət verilməlidir. Ötən gün naməlum şəxs jurnalisti izləyərək ona bıçaqla hücum edib, hansısa məhkəmə prosesindən yazmamağı tələb edib.
Jurnalistlərin təqib edilməsi və onlara qarşı zorakalıq yolverilməzdir. Bildirilir ki, baş verən hadisə Daxili İşlər Nazirliyinin nəzarətindədir. Ümid edirəm DİN və Prokurorluq cinayəti törədənləri qısa zamanda məsuliyyətə cəlb edəcək

Rumiyyə Miraslan/jurnalist:

- Aytən Məmmədova indi həyatda olmaya da bilərdi, məhz vicdanlı, əqidəli, şərəfli jurnalist olduğuna görə. Onun boğazına dirənən həmin bıçaq bütün vicdanlı jurnalistlərin ürəyinə saplanıb əslində. Yəqin ediblər ki, onsuz da birlik yoxdur jurnalistlər arasinda, zatən "peşəkarlar" belə, torba tikməklə məşğuldur, kimin nəyinə lazım olacaq ki. O bıçaqla həm Aytəni susdurmaq istəyiblər, həm də bəzi qorxaqların gözünə kül üfürüblər. Ancaq bir məqamı unudublar, bu yolla Aytəni və Aytənkimiləri daha da güclü etdiklərini, haqqın nazilsə də, heç zaman üzulmədiyini. Aytən, sonuna qədər səninləyik, o bıçağın gerçək sahibinin tapılaraq məşhər ayağına çəkilməsini tələb edirik.

Ayyət Əhməd/jurnalist:

Jurnalist həmkarımız Aytən Məmmədovaya qarşı törədilmiş cinayət əməlini şiddətlə qınayıram və pisləyirəm. Analoji hadisənin digərlərimizin başına gəlməməsi naminə həmrəy olub cinayətin açılması və cinayətkarın layiqli cəza almasına nail olmalıyıq!



Xəbər 1629 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +