“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


08.05.2022  13:20 

Axçilərin üsyanı...





A+  A-

Deyəsən, Nikolu yıxsa, elə bu axçilər yıxacaq...

Neçə gündür ki, həm radikal müxalifət, həm də mülayim (yəni ki, konstruktiv) müxalifət birləşib İrəvan küçələrini etiraz meydanına çevirsə də, lakin kürsüsündə qayım-qədim oturmuş baş nazir Nikol Paşinyanı heç cürə yerindən tərpədə bilmir. Çünki qartımış müxalifətdən fərqli olaraq Paşinyanın sosial dayaqları hələ ki, çox güclüdür.

Bunu görən Artur Vanetsyan-Robert Köçəryan-Serj Sərkisyan "trio"su bu dəfə son çarə kimi radikal (odlu-alovlu) erməni qızlarını, üzü boz erməni qadınlarını qabağa verməyi qərara alıb.

Belə ki, şənbə günü müxtəlif siyasi partiyalardan olan bir neçə min qadın baş nazirin istefası tələbi ilə İrəvanda küçələrə çıxıb. Aksiya ab-havasından cuşa gəlmiş, ehtiraslanmış axçilər hökumət əleyhinə sərt şüarlar səsləndirirərək, Paşinyanı istefa verməyə çağırıblar.

Sözsüz ki, bu aksiya da öncəki aksiyalar kimi nəticəsiz bitib.

Paşinyan 2018-ci ilin mayında hakimiyyətə həm də qadınların güclü dəstəyi ilə gəlsə də, lakin 2022-ci ilin mayında qadınların tələbi ilə hakimiyyətdən getməyə hazırlaşmır.
Necə deyərlər, axçilər isə hava atmaqlarında olsunlar...

Bəybala Mirzəyev


Xəbər 4054 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +