“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


07.05.2022  18:22 

Məscidlərə din xadimləri belə təyin ediləcək - Qaydalar





A+  A-

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Kollegiyası “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nı təsdiqləyib.

XəzərNews.az xəbər verir ki, bu Qayda Azərbaycan Respublikasında islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi ilə bağlı məsələləri tənzimləyir.

İslam dininə aid ayin və mərasimləri həyata keçirən din xadimi islam dininə aid fəaliyyətlə peşəkar şəkildə məşğul olan dini ali və orta ixtisas təhsilli şəxsdir. İslam dininə aid ayin və mərasimləri həyata keçirən din xadimlərinin imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin və qadın dini ayinlərin icraçısı vəzifələri var. İmam islam dininə aid ibadət yerlərinin və ziyarətgahların idarə edilməsi, dindarların dini tələbatının ödənilməsi, dini ayin və mərasimlərə rəhbərlik edilməsi, moizələrin (xütbələrin) oxunması məqsədi ilə təyin olunmuş din xadimidir. İmam müavini islam dininə aid ibadət yerlərində və ziyarətgahlarda imamın fəaliyyəti zamanı ona kömək göstərmək, imam müxtəlif səbəblərdən öz fəaliyyətini icra edə bilmədiyi hallarda onu əvəz etməsi məqsədi ilə təyin olunmuş din xadimidir. Dini ayinlərin icraçısı-müəzzin imamın tapşırığına əsasən islam dininə aid ibadət yerlərində və ziyarətgahlarda azan oxuyan, imam və imam müavini müəyyən səbəblərdən vəzifəsini icra edə bilmədikdə onu əvəz edən din xadimidir. Dini ayinlərin icraçısı-müəzzin imamın tapşırığına əsasən dəfn və yas mərasimlərində dini ayinlərin icrasını həyata keçirir. Qadın dini ayinlərin icraçısı – imamın tapşırığına əsasən islam dininə aid ibadət yerlərində və ziyarətgahlarda dini ayinlərin icrasını həyata keçirən şəxsdir. Qadın dini ayinlərin icraçısı imamın tapşırığına əsasən yas mərasimlərində dini ayinlərin icrasını həyata keçirir.

İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin edilməsi məqsədi ilə müsahibəni Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təşkil edir. Komitə sədri vakant vəzifə yarandığı gündən bir ay müddətində həmin vakant vəzifənin tutulması üçün müsahibə keçirilməsi barədə qərar qəbul edir. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Komitənin internet saytında və digər kütləvi informasiya vasitələrində verilir. Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi qrafiki (müsahibənin keçirilməsi vaxtı və yeri) Komitənin internet saytında yerləşdirilir. Müsahibə proqramı Komitə sədrinin əmri ilə təsdiq edilir və Komitənin internet saytında yerləşdirilir. Müsahibə proqramı aşağıdakı sahələr üzrə formalaşır:

- Azərbaycan Respublikası Konstitusiyası və dini etiqad azadlığı ilə bağlı normativ hüquqi aktları;

- Qurani-Kərim;
- Hədis;
- Fiqh;
- Əqaid;
- Təfsir;
- Dini xitabət;
- Dil bilikləri;
- İslam tarixi;
- Azərbaycan tarixi;
- Digər dinlər barədə məlumat;
- Ümumi dünyagörüşü.


Müsahibədə iştirak üçün namizəd tərəfindən aşağıdakı sənədlər elektron qaydada və ya kağız daşıyıcıda Komitəyə təqdim edilir:

- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
- Tərcümeyi-hal;
- Dini ali və orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;
- Sağlamlıq haqqında arayış;
- Narkoloji dispanserdən arayış;
- Ruhi-əsəb dispanserindən arayış;
- Məhkumluq barədə arayış;
- Foto (3x4) (4 ədəd);
- Ərizə.


Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər. Müsahibə komissiyasını yeddi nəfərdən ibarət tərkibdə, Komitənin strukturuna daxil olmayan tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun nümayəndələri daxil edilməklə, Komitə yaradır. Aşağıdakı şəxslər müsahibə komissiyasının üzvü ola bilməzlər:

- namizədlə yaxın qohumluq əlaqəsi olan şəxslər (əri (arvadı), valideynləri, qardaşları, bacıları, övladları);
- bilavasitə və ya dolayı yolla müsahibənin nəticəsində maraqlı olan, obyektivliyi və qərəzsizliyi şübhə doğuran şəxslər;
- ali təhsili olmayan şəxslər.


Müsahibənin keçirildiyi vaxt və yer barədə namizədlərə müsahibənin keçirilməsinə ən azı beş gün qalmış Komitənin internet saytı vasitəsilə məlumat verilir. Müsahibə elanda göstərilmiş vaxtda, Komitənin müəyyən etdiyi yerdə keçirilir.. Müsahibə keçirilən gün müsahibədə iştirak edəcək namizədlərin siyahısı və şəxsi işləri müsahibə başlanmazdan əvvəl müsahibə komissiyasına təqdim edilir. Müsahibə namizədin vakant vəzifəyə uyğunluğunu müəyyən etmək üçün müsahibə komissiyasının ona suallar və namizədin həmin sualları cavablandırması, habelə namizədin dinlənilməsi, müsahibə komissiyası üzvlərinin müşahidə aparması və qısa izahlar verməsi yolu ilə həyata keçirilir. Namizədə verilən suallar aydın olmadıqda, namizədin həmin sualları aydınlaşdırmaq hüququ var. Namizədin bilik səviyyəsinin qiymətləndirilməsi əvvəlcədən elan edilmiş müsahibə proqramı əsasında həyata keçirilir. Bilik səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə namizədə müsahibə proqramından kənar sualların verilməsi yolverilməzdir. Namizədlə müsahibə fərdi qaydada, Azərbaycan Respublikasının dövlət dilində aparılır.

Müsahibədə üzrlü səbəblər olmadan iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) onunla yeni müsahibənin keçirilməsinə yol verilmir. Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin keçirilməsinə Komitənin qərarı əsasında yol verilir. Müsahibə başa çatdıqdan sonra müsahibə ilə bağlı müsahibə komissiyasının üzvləri arasında namizədin iştirakı olmadan fikir mübadiləsi aparılır. Namizədin verdiyi cavab müsahibə komissiyasının hər bir üzvü tərəfindən 0, 1, 2, 3, 4 və 5 ballardan biri ilə qiymətləndirilir və sonra müsahibə komissiyasının üzvlərinin verdiyi qiymətlər toplanılaraq, müsahibədə iştirak edən müsahibə komissiyasının üzvlərinin sayına bölünür. Müsahibənin nəticəsinə görə ən çox 35 bal toplamaq mümkündür və ən azı 26 bal toplamış namizəd müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur.

Müsahibənin yekunları müsahibə komissiyasının iclasının protokolunda əks etdirilir. Müsahibə zamanı verilən sualların və cavabların qısa məzmunu, müsahibə komissiyasının üzvlərinin qiymətləri və müsahibə komissiyasının qərarı protokolda qeyd edilməklə rəsmiləşdirilir. Protokol müsahibə komissiyasının iclasında iştirak edən bütün müsahibə komissiyasının üzvləri tərəfindən imzalanır. Müsahibə komissiyası namizədin iddia etdiyi vakant vəzifəyə uyğun olub-olmaması barədə qərar qəbul edir. Müsahibənin nəticələri, müsahibənin keçirildiyi gündən 5 iş günü ərzində Komitənin internet saytında yerləşdirilir. Müsahibədən uğurla keçmiş namizəd müsahibə bitdikdən sonra 30 iş günü ərzində Komitə sədrinin əmri ilə islam dininə aid ibadət yerinə və ya ziyarətgaha din xadimi təyin olunur və bu barədə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verilir.

Vakant vəzifəyə təyin edilmək üçün Komitə sədrinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində Komitədə ehtiyat kadr kimi saxlanılırlar. Komitə namizədlərin müsahibə sənədlərinin (o cümlədən müsahibə qeydlərinin) 5 il müddətində mühafizəsini təmin edir. Namizədlərin müsahibə sənədləri Komitədə saxlanılır. Namizədlər müsahibənin nəticələrindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilərlər.


Xəbər 3963 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +