“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


29.04.2019  17:12 

Bu il Həccə 1400 azərbaycanlı gedəcək





A+  A-

Bu il Azərbaycandan Həcc ziyarətinə 1400 nəfərin getməsi nəzərdə tutulur.
XəzərNews.az-ın məlumatına görə, bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.

Onun sözlərinə görə, hələlik Həcc ziyarətinə getmək üçün 500-dən çox insan müraciət edib:

“Müraciət müddəti yekunlaşana qədər 1400 nəfərin sənəd qəbulu aparılacaq. Çünki 1400 adam üçün hotel tutulub. Bundan artıq adam aparmaq mümkün olmayacaq".

Həcc missiyası üzvünün sözlərinə görə, ziyarətə getmək istəyən insanlar müraciətlərini adətən Ramazan ayında ünvanlayır:

“İndiyədək müracət edənlərin hər biri ilk dəfə Həcc ziyarətinə gedənlərdir. Təkrar getmək istəyən insanlar hələ ki, yoxdur. Hər il Həccə gedən insanların 30 fazi təkrar getmək istəyən insanlar olur. Yəqin ki bu il də 25-30 faiz təkrar getmək istəyənlər olacaq. Belə insanlar daha çox axırda müraciət edirlər”.

QMİ rəsmisi qeyd edib ki, Həccə səfər iyul ayının sonlarında başlayacaq.

“Müraciət müddəti iyul ayının əvvəlinə qədərdir. Həmin vaxta qədər sənəd qəbulu davam edəcək. Viza verilməsinin bir müddəti var. Səfər yalnız təyyarə ilə təşkil edilir. Aviabiletlərin xərci Həcc ziyarətinin qiymətlərinə daxildir".

H.Babayev qiymət bahalaşmasının qarşı tərəfdən asılı olduğunu vurğulayıb: "Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edir. Ötən il bu rəqəm 4150 dollar idi. Bu Səudiyyə Ərəbistanında otellərdə baş verən qiymət artımı ilə bağlıdır. Qiymətə təyyarə biletləri, otel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxildir. Həccə gedən zəvvar yalnız qurbanı özü kəsir”.

QMİ-nin məsul işçisi Həccə getmək üçün müraciət etmək istəyən insanlara sənədləri vaxtında təqdim etməyi tövsiyə edib.

Xəbər 1261 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +