“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


14.09.2017  18:57 

Sabah Bakıda 46 000-dən çox uşaq I sinfə gedəcək





A+  A-

Yeni tədris ilində paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinifdə 46 000-dən çox uşağın təhsil alacağı gözlənilir.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən XəzərNews.az-a daxil olan məlumata görə, ümumi təhsil məktəblərinin IX sinfində 27 514, XI sinfində 19 530, XII sinfində 635 şagird təhsil alacaq.

Cari tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 395 773 şagird təhsil alacaq.

Bakıdakı 265 ümumi təhsil müəssisəsində 845 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub. Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 20 000 ərizənin onlayn qeydiyyatı aparılıb. 2017-2018-ci tədris ilində 5 yaşlıların 65 faizi məktəbəhazırlığa cəlb ediləcək.

2017-2018-ci dərs ilində 212 məktəbdə 499 təmayül sinfin təşkil olunması nəzərdə tutulur.

2017-2018-ci dərs ilinə hazırlıq çərçivəsində paytaxtdakı 20 nömrəli məktəb-lisey və 306 nömrəli məktəb üçün yeni binalar inşa olunub, 10, 74, 171, 201, 212 nömrəli məktəblər, 62 nömrəli məktəb-lisey və 268 nömrəli xüsusi təhsil müəssisəsi əsaslı təmir edilib. Daha 9 məktəbdə cari təmir işləri görülüb. Təhsil müəssisələri 2017-2018-ci tədris ili üçün 130 ədəd kompüter və noutbuk, 3629 dəst parta, 444 ədəd printer və surətçıxaranla, 40 təhsil müəssisəsi müasir tipli hərbi kabinetlə təmin olunub.

Xəbər 1322 dəfə oxunub.




27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi

23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib


BÜTÜN XƏBƏRLƏR +