Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


06.10.2025  23:52 

TƏBİB-in əməkdaşı bıçaqlandı





A+  A-

TƏBİB-in əməkdaşı Lamiyə Qanbayeva məişət zorakılığına məruz qalıb.

XəzərNews.az xəbər verir ki, bu barədə həmin qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zamirə Ədilova məlumat yayıb.

"Dərin təəssüf hissi ilə bildirirəm ki, həmkarımız, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis əziz Lamiyə ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb.

Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub.

Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - məlumatda qeyd olunur.

Qeyd edək ki, Şirvan sakini, 1986-ci il təvəllüdlü Qanbayeva Lamiyə Nəcməddin qızı bu gün axşam saatlarında həyat yoldaşı tərəfindən bıçaqlanıb. O, 11 bıçaq yarası alıb.

L.Qanbayeva “Şirvan şəhər mərkəzi xəstəxanası” PHŞ-nin ictimayətlə əlaqələr şöbəsinin əməkdaşıdır.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Lamiyə Qanbayevanın keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Tural Qanbayevin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Xəbər 2281 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +