Rusiya və Ukrayna 1200-ə yaxın məhbusu dəyişdirəcək
Zelenski ilə Putinin görüşü olacaq?
Kəmaləddin Heydərov rəis müavini təyin etdi
Prezident “ASAN xidmət”lə bağlı FƏRMAN imzaladı
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu vəfat edib
“Embawood” qüsurlu malı geri götürmədi... - Cərimələndi
Azərbaycanda polisi terrorla şantaj edən uşaq cəzalandırıldı
“Evimizi xəbərdarlıq etmədən sökürlər” – Nərimanov sakinləri
Məhşur restoranın səs-küyü sakinləri bezdirdi
Paşinyan Rusiyaya səfər öncəsi Trampla RAZILAŞDI - Zəngəzur dəhlizi...


22.07.2025  13:55 

Qurum SUsur, sakinlər SUsuz… – Paytaxtın SU problemi kəskinləşir





A+  A-

Paytaxtda yayı SUsuz keçirmək artıq “ənənə”yə çevrilib. Hər il olduğu kimi, bu il də Bakının müxtəlif ərazilərində SU kəsintiləri, zəif təzyiqlə verilən SU və “borular dolmur” bəhanəsi gündəmin əsas mövzularındandır. Fərqli ünvanlardan eyni səs gəlir: “SU yoxdur və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi da yoxdur”.

Sakinlər illərdir eyni aqibəti yaşayır: SUlar kəsilir, “Qaynar xəttə” zəng vurulur, cavab verilmir və nəticədə vəziyyətə dözmək və SUsmaq vətəndaşa qalır. Ancaq bu dəfə sakinlər SUsmur, sosial medianın bütün seqmentlərində şikayətlərini dilə gətirmək məcburiyyətində qalırlar.

Ən çox şikayət edilən məqamlar arasında müntəzəm SU kəsintiləri, gecə saatlarında xəbərdarlıq edilmədən görülən təmir işləri, təzyiqinin çox zəif olması, sayğacla bağlı problemlər və “Azərsu”nun qaynar xəttinə edilən zənglərə cavab verilməməsi yer alır.
Sakinlər bildirirlər ki, bəzi ərazilərdə SU yalnız səhər və axşam saatlarında verilir, bəzilərində isə günlərlə SU gəlmir.

Əlavə şərhə ehtiyac duymadan konkret şikayətləri diqqətə çatdıraq.



Yeni Yasamal sakini Hökmən Hökmənli deyir ki, su yalnız 2 saat verilir və yuxarı mərtəbələrə ümumiyyətlə su gəlmir:

“Balaca körpə uşağımla yayın istisində susuz qalmışıq. “Azərsu”nun 955 “Qaynar xətti”nə dəfələrlə zəng etmişik, lakin əlaqə saxlamaq mümkün deyil”.

Xəzər rayonu Şüvəlan sakinləri də vəziyyətdən narazıdır. Əli Şəfi adlı sakin bildirir ki, mərkəzə yaxın küçələrdə SU yoxdur:

“Guya magistralda yerləşən kranlara su verirlər ki, görüntü olsun. Əslində küçələrə su buraxılmır. Zəng edəndə isə yalnız bir cavab verilir: təmir gedir, hara istəyirsən şikayət et”.

Qaraçuxur sakini Vüqar Əliyev isə bildirir ki, təzyiq o qədər zəifdir ki, SU ya gəlmir, ya da bir neçə dəqiqəyə kəsilir:

“Dünən “Qaynar xəttə” zəng etdik, dedilər ki, borular dolmur, bir neçə günə düzələcək. Amma bu “bir neçə gün” cavabı illərlə davam edən bəhanəyə çevrilib”.



Yeni Ramananın Aslan Atakişiyev küçəsində də vəziyyət acınacaqlıdır. Sakinlər deyir ki, artıq 6 gündür bir damcı belə SU yoxdur. Hara müraciət edəcəklərini isə bilmirlər, çünki zənglərə cavab verilmir.

Abşeron, Maştağa və Suraxanıda da eyni vəziyyət yaşanmaqda davam edir.

Abşeron şəhər sakini Fuad Əlizadə adlı sosial şəbəkə istifadəçisi bu isti yay günlərində yaranan vəziyyəti dözülməz adlandırır:

“Artıq neçə gündür Abşeronda su ümumiyyətlə verilmir. Aidiyyəti qurumlar telefonu belə qaldırmır”.

Maştağadakı Savalan yaşayış massivinin sakini Röyal Şahbazov da eyni vəziyyətdən şikayət edir:

“Hər gün sular kəsilir, borular çatdırmır. Gecələr bir qaşıq su belə tapa bilmirik. Su boruları yolla çəkilib, iki gündən bir kimsə yandırır, ya da partladır. Baxan da yoxdur”.



Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haradadır?

Bu qədər şikayətə baxmayaraq, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən heç bir rəsmi açıqlama verilməyib. Nə sosial şəbəkələrdə, nə də rəsmi kanallarda su kəsintilərinə dair əvvəlcədən xəbərdarlıq, təmir qrafiki və ya əsaslandırılmış izah yoxdur.

“Qaynar xətt” işləmədikcə, media məsələyə səssiz qaldıqca, SU problemi qədər, informasiya qıtlığı da böyüyür.



İnsanlar SU ehtiyaclarını təsadüfi saatlarda gələn zəif təzyiqli SU ilə qarşılamağa çalışır. Bu, artıq təkcə kommunal problem deyil – cəmiyyətin etimad və etibar məsələsidir.

İndi sakinlər bir sual düşündürür:

“Bu istidə, bu şəraitdə biz nə etməliyik?”

Əlbəttə bu sualın ünvanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir.

Zəhra Rahibqızı
XəzərNews.az




Xəbər 1447 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.07.2025  00:13 

Bəzi ərazilərdə qaz olmayacaq

23.07.2025  14:27 

Prezident fərman imzaladı

23.07.2025  11:24 

Kəlbəcərdə zabit vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +