Azərbaycanda fəaliyyəti dayandırılan Rusiyanın “Rossotrudniçestvo” təşkilatı tərəfindən Rusiya universitetlərinə Dövlət İmtahan Mərkəzindən kənar qəbul keçiirlib və bu qanunsuz proses illərlə davam edib...
XəzərNews.az xəbər verir ki, Poliqon-a daxil olan məlumatda qeyd edilir ki, Rusiyanın “yumşaq gücü olaraq tanınan “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı filialı “Rus Evi” tərəfindən Rusiya universitetlərinə keçirilən qəbullar Elm və Təhsil Nazirliyinin dəstəyi və razılığı həyata keçirilib. Bildirilir ki, bu qanunsuz qəbulda əsas məqsəd gənclər arasında Rusiyanın casus şəbəkəsini genişləndirmək olub.
Məlumata görə, Rusiya universitetlərinə keçirilən qəbullarda imtahan sualları çox asan və seçim xarakterli olub. Seçim aparılarkən isə əsasən etnik azlıqlardan olan gənclərə və məmur övladlarına üstünlük verilib. Hətta yüksək çinli məmurun xahiş olubsa, həmin abuturiyentin rusca belə bilgisi yoxlanılmayıb və birbaşa “qəbul” həyata keçirilib.
Məlumatda qeyd olunur ki, bu qanunsuz “qəbul” prosesi Elm və Təhsil Naziliyinin bilgisi və dəstəyi daxilində baş verib və qanunsuz qəbulla Rusiyada təhsil alıb Azərbaycana dönən “məzun”ların diplomları problemsiz təsdiq edilib. Bu məzunların böyük hissəsi isə etniklərin təmsiçisi olan gənclərdir.
Xatırladaq ki, qısa müddət öncə “Rus Evi”nin Azərbaycandakı fəaliyyəti qanunsuz elan olunub və bu mərkəz bağlanılıb.
Qeyd edək ki, iddianın ciddiliyini nəzərə alaraq, Poliqon məsələ ilə bağlı bir həftə əvvəl Elm və Təhsil Nazirliyinə sorğu göndərib. Ötən müddətdə sorğumuza cavab ala bilməmişik.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Poliqon-a bildirib ki, əgər Dövlət İmtihan Mərkəzi bu qəbuldan xəbərsiz olubsa və qəbulun təşkilində iştirakı olmayıbsa, təbii ki, “Rossotrudniçestvo” təşkilatının Azərbaycanda Rusiya universitetlərinə keçirdiyi qəbul qanunsuzdur və bu məsələ Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır:
“Əgər Azərbaycan vətəndaşı xarici ölkənin universitetinə qəbul olunursa, bu rəsmi qaydada həyata keçirilməlidir. “Rossotrudniçestvo”, faktiki olaraq “Rus Evi” Azərbaycanda Dövlət İmtihan Mərkəzinin bilgisi və qəbulda iştirakı olmayıbsa, o zaman bu “qəbul” da qanun kənarında baş verib. Ümumiyyətlə isə “Rus Evi”nin bu fəaliyyəti Azərbaycana qarşı yönəlibsə və əsas məqsəd bu olubsa, o zaman bunu Azərbaycanın hüquq-mühafizə orqanları araşdırmalıdır.
Mənim bu məsələdə Elm və Təhsil Naziliyinin nə qədər bilgili olması ilə bağlı məlumatım yoxdur və “qəbul”la bağlı Nazirliyin “Rus Evi”nə dəstək verib-verməməsi ilə bağlı da heç nə bilmirəm. Belə bir şey olubsa da, hesab edirəm ki, bu doğru deyil və ölkəmizin qanunlarına, o cümlədən milli təhlükəsizlik məsələlərinə ziddir. Elm və Təhsil Naziliyi qanunvericilik əsasında Rusiya ilə tələbə mübadiləsi apara bilər və ola bilər ki, bu halda “Rus Evi”nin keçirdiyi qəbulda iştirakçı olub. Ümumiyyətlə isə mən bunu doğru hesab etmirəm.
Aəzrbaycanda Rusiya universitetlərinin filalları var və həmin universitetlərə qəbulu Dövlət İmtihan Mərkəzi həyata keçirir. “Rus Evi” özü qəbul keçirib Rusiyaya təhsil almağa tələbə göndəribsə, əlbəttə ki, bu qanuna zidd əməldir. Bir daha qeyd edirəm ki, belə bir məsələ varsa, o zaman hüquq-mühafizə orqanları məsələni araşdırıb bunu edənlərin əsas məqsədlərini ortaya çıxarmalıdırlar və buna görə də ictimaiyyət məlumatlandırılmalıdır.
Azərbaycanda xarici diplomların tanınması qaydaları mövcuddur və istisna olaraq Azərbaycandan kənarda təhsil alan tələbələrin dipıomlarının tanınması həmin unuversitetin reytinqinə və peşə sahəsinə görə müəyyənləşdiriıir. Yəni əgər hər hansı bir peşə sahəsinə Azərbaycanda xüsusi ehtiyac varsa, o zaman həmin şəxsin universitetə qəbulu parametrlərə uyğun olmasa belə, diplomu təsdiq edilə bilər”.
Xəbər 487 dəfə oxunub.