Fərid Qayıbovla bağlı nə baş verir?
Ukraynaya 10 milyardlıq yardım hazırlanır
17 milyon manata satılan villa kimindir?
Əli Əsədov Məsud Pezeşkianla görüşdü
Putin və Tramp nə zaman görüşür?
Dmitriev: “Güzəştlərdən danışmaq tezdir”
Putin Zelenski ilə danışıqlara hazırdır
Premyer Liqada 23-cü tur - Öyrəndik ki...
Ən çox vergi ödəyən texnoloji şirkətlər hansılardır?
Milyonlarla borcu olan biznesmen kimdir?


18.02.2025  10:44 

Ermənistandakı Aİ müşahidəçiləri Qazaxla həmsərhəd ərazidə -VİDEO





A+  A-

Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyasının üzvləri Azərbaycanla həmsərhəd ərazilərdə müşahidələrini davam etdirirlər.

XəzərNews.az apa-ya istinadən xəbər verir ki, avropalı müşahidəçilər fevralın 17-də növbəti dəfə Qazax rayonu ilə həmsərhəd əraziyə gəliblər. Onlar avtomobillərlə yol boyu hərəkət edib, binoklla Azərbaycan ərazilərini müşahidə ediblər.

Azərbaycan sərhədçiləri müşahidə missiyasının hərəkətlərini nəzarət altında saxlayıb və qeydə alıb.

Xatırladaq ki, Avropa İttifaqının Ermənistandakı Müşahidə Missiyası mütəmadi olaraq Azərbaycanla sərhəd boyu müşahidələr aparır. Bu barədə Azərbaycan mətbuatında məlumatlar və görüntülər yayılır.

APA da Azərbaycanın bəzi rayonları ilə həmsərhəd ərazidə avropalı müşahidəçilərin fəaliyyəti barədə bir neçə dəfə məlumat və görüntülər yayıb.

Qeyd edək ki, Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhədindəki 200 nəfərlik müşahidə missiyasının mandatı daha iki il - 19 fevral 2027-ci ilədək uzadılıb.



Xəbər 241 dəfə oxunub.



18.02.2025  15:37 

Ərdoğan Zelenski ilə görüşüb

18.02.2025  15:37 

UNEC-ə hücum olundu


BÜTÜN XƏBƏRLƏR +