Fərid Qayıbovla bağlı nə baş verir?
Ukraynaya 10 milyardlıq yardım hazırlanır
17 milyon manata satılan villa kimindir?
Əli Əsədov Məsud Pezeşkianla görüşdü
Putin və Tramp nə zaman görüşür?
Dmitriev: “Güzəştlərdən danışmaq tezdir”
Putin Zelenski ilə danışıqlara hazırdır
Premyer Liqada 23-cü tur - Öyrəndik ki...
Ən çox vergi ödəyən texnoloji şirkətlər hansılardır?
Milyonlarla borcu olan biznesmen kimdir?


18.02.2025  10:26 

Sakinlər “Kristal Abşeron“a etiraz edir: “Park Yasamal“a köç niyə gecikir?





A+  A-

Bu günlərdə "Kristal Abşeron"un "Park Yasamal" layihəsindən mənzil alan sakinlər etiraz məqsədilə tikinti şirkətinin satış ofisi qarşısına toplaşıblar.

XəzərNews.az xəbər verir ki, etirazın məqsədi şirkətin sakinlər qarşısında verdiyi vədi yerinə yetirməməsi olub.

Belə ki, 2022-ci ilin sentyabrında təməli qoyulan binanın 2024-cü ilin mart ayında istifadəyə verilməsi nəzərdə tutulsa da bina hələ də sakinlərin ixtiyarına verilmir.







Sakinlər qeyd ediblər ki, bir ilə yaxındır şirkətə etdikləri müraciətlər davamlı olaraq cavabsız qalır.

"Artıq bizi binaya da buraxmırlar. Şirkətin sosial şəbəkəsində yazdığımız etiraz rəyləri silinir, özümüzü isə bloka atırlar. Şirkətdən haqqımızı tələb edəndə isə gələn ay, o biri ay deyib vaxtı uzadırlar. Şirkət bir binanı tamamlamadan digərlərinin tikintisinə başlayıb. Nəticədə də biz küçədə qalmışıq", - deyə 8-ci binanın sakini Xəzər Əkbərli bildirib.

Murad Əliyev adlı sakin isə 2022-ci ilin dekabrında "Park Yasamal" layihəsindən mənzil aldığını bildirib:

"O zaman dedilər ki, 24 ay ərzində mənzillər tam təmirli şəkildə sizə veriləcək. Lakin tikinti getdiyi zaman şəxsən mən MTK-ya yaxınlaşıb bildirdim ki, sizin tikinti sürətiniz dediyiniz vaxtda binanın təhvilinə imkan vermir.



MTK-a tikintinin birinci fazasının bitirməmiş 2 və 3-cü fazaya keçib. Bu da təbii ki, əvvəlki işlərdə gecikmələrə səbəb olub. Bir neçə dəfə toplaşmışıq, tikinti rəhbəri Rövşən Əliyev bildirdi ki, bir az səbr edin, təhvil verəcəyik. Verilən vaxt çatanda R.Əliyev işdən çıxdı və gördüyünüz kimi hələ də mənzilləri təhvil ala bilmirik".

Sakinlərin etirazından sonra şirkət nümayəndələri onların bir qrupunu qəbul edib. Sakinlərə bildirilib ki, martın 1-nə kimi mənzilləri onlara təhvil veriləcək.

Şirkətdən isə mediaya bildirilib ki, mənzillər növbəlilik əsasında sakinlərə paylanılır.

Sakinlərin fikirləri ilə videoda ətraflı tanış ola bilərsiniz:



Xəbər 1426 dəfə oxunub.





Bölməyə aid digər xəbərlər

18.02.2025  15:37 

Ərdoğan Zelenski ilə görüşüb

18.02.2025  15:37 

UNEC-ə hücum olundu


BÜTÜN XƏBƏRLƏR +