“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


01.08.2019  14:32 

“Prezidentliyim dövründə çox qocalmışam...” - Poroşenko





A+  A-

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko “Ukrainskaya Pravda” nəşrinə müsahibəsində ölkəni idarə etməklə bağlı çətin təcrübəsindən və gələcək həyat planlarından danışıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, Poroşenko on ildən sonra özünü necə görməsi ilə bağlı suala cavabında gələcəyini Avropa ilə bağladığını qeyd edərək bu sahədə narahatlıq və şübhə hisslərinin dərin olduğunu da ifadə edib:

“Çox istərdim ki, orada yaşayım. Mən ömrümü Avropa Parlamentinin üzvü kimi başa vurmağı arzulayıram”.

Eks-dövlət başçısı hər kəsi prezident kimi işinin nəticələrini iki-üç il sonra mühakimə etməyə çağıraraq bəyan edib ki, o vaxta qədər çoxlarının rəyi dəyişəcək.

Bundan başqa, Poroşenko onun haqqında tarix kitablarında yazılıb-yazılmayacağı barədə danışmaqdan imtina etsə də, Ukraynanı ölkənin tarixinin ən çətin dövrlərindən birində idarə etdiyini xatırladıb.

“Mən çox qocalmışam, çünki prezident olmaq asan udulan çörək deyil. Lakin bu, kişilər üçün o qədər də qorxulu deyil. Mən prezident olduğum hər 5 ilə görə qürur hissi duyuram. Mən Ukrayna ilə fəxr edirəm. Fəxr edirəm ki, ölkə köklü şəkildə fərqlənir. Mənim səhvlərim də olub, buna görə də təəssüf ki, Allahdan bağışlanmağımı istəyəcək bir şeyim var”, - deyə o, sözlərinə əlavə edib.

Xəbər 1332 dəfə oxunub.




27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi


BÜTÜN XƏBƏRLƏR +