Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub


27.07.2023  10:26 

Nə üçün israf edənlər şeytanın dostları sayılır?





A+  A-

Quranda buyurulur: "Həqiqətən, mallarını (haram və batil yolda) dağıdanlar, şeytanların qardaşları (dostları və tərəfdaşları)dır və şeytan həmişə Rəbbi qarşısında çox kafir və nankor olub”.../"İsra” surəsi, ayə 27.

Bu ayədə qeyd olunanlara, yəni israf və artıq xərclərə dair ciddi xəbərdarlıqlar gözə dəyir və israfcıl insanlar şeytanın dostları sayılır. Sual oluna bilər ki, nə üçün israfcıl insanlar şeytanın qardaşları sayılır?

- Şeytan yer üzündə fitnə-fəsadın simvoludur və israf edənlər də fitnə-fəsadla ona qoşulurlar. Həqiqətdə, həddi aşmaqla ilahi nemətlərə qarşı nankorluq fitnə-fəsad sayılır! Bu özü ictimai böhranların, maliyyə fəsadlarının qaynağıdır. Çox vaxt bayram mərasimlərində, şənliklərdə, hətta başqalarına ibrət dərsi olan matəm məclislərində də insanı heyrətə gətirən xərclərə yol verilir. Hamıya məlum olduğu insanların dini və dünyəvi problemlərini əsla həll etməyə qadir olmayan və daim yoxsul və ac insanların gözləri önündə keçirilən dövlətsəviyyəli seminarlar, konfrans və konqreslərə daha böyük büdcələr ayrılır. Həmişə millət və xalqları hərəkat və ya etiraz aksiyalarına qaldıran siyasi hadisələr yox, çox vaxt iqtisadi amillər olur. Özlərini gündəlik yeməklə təmin etməyə qadir olmayanlar daim belə israfçılıqları, saxta seminar və toplantıları gördükcə, səbirləri tükənərək etirazlara başlayırlar və bütün bunlarla israf və artıq xərclərdən doğan fəsadlardan əmələ gəlir.

Demək, israfçılarla şeytanlar ictimai fəsadları törətməkdə müştərəkdirlər.

Quranda buyurulur:

"Əgər Rəbbin tərəfindən umduğun rəhmət ümidi ilə (əlin boş olduğuna görə) onlardan üz çevirməli olarsansa, (heç olmazsa,) onları yumşaq dillə yola sal!”./İsra” surəsi, ayə 28.

Bu ayədə əliboş qaytarılan yoxsulla necə rəftardan söz açılır. Əgər insan ona əl açanın maddi ehtiyaclarını ödəməyə gücü çatmırsa, onu ülfət və məhəbbətlə sirab etməli, gözəl və könüloxşayan sözlərlə yola salmalıdır.

Mehriban və bağışlayan Allah birinci ayədə artıq xərcləri pisləyir, ikinci ayədə yoxsullarla rəftar tərzini öyrədir, üçüncü ayədə isə Quranda buyurulur:

"Əlini bağlayıb boynuna qoyma (Allah yolunda xərcləməkdə xəsislik etmə) və onu tamamilə də açma (özün möhtac olacağın həddə qədər vermə) ki, məyus və aciz qalasan”./"İsra” surəsi, ayə 29

Eyni mövzudan söz açan bu ayənin nazilolma səbəbini belə izah edirlər:

"Bir gün Peyğəmbəri-Əkrəm (s) köynəyini yuyub namaz qılmaq üçün məscidə getməyə hazırlaşırdı. Bu vaxt bir dilənçi o həzrətin evinin qapısını döyərək libas istəyir. Həzrət həmin köynəyi ona verir və özü isə libassız evdə qalmalı olur. Namaz vaxtı çatır və azançı azan deməyə başlayır.

Müsəlmanlar dəstə-dəstə məscidə gəlsələr də, Peyğəmbər (s)dan xəbər olmur. Nəhayət, Həzrət (s)ın evinə gəlib, onun köynəyini dilənçiyə verdiyini və məscidə gəlmək üçün başqa bir libası olmadığını anlayırlar. Bu zaman sözügedən ayə nazil olaraq müsəlmanlara infaqda orta həddi gözləməyi tövsiyə edir, israf və xəsisliyi qadağan edir”...("Təfsiri-nümunə”, 12-ci cild, səh.91

T.Abbaslı

Xəbər 4946 dəfə oxunub.




09.11.2024  16:24 

Sabahın havası açıqlandı

08.11.2024  15:49 

Rusiya Kanadaya nota verib

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib


BÜTÜN XƏBƏRLƏR +