92,4 milyon manat ölkəyə necə qaytarıldı?
Daha üç məhkum həbsdə ölüb
Azərbaycanlı vəkil Evin zindanına KÖÇÜRÜLDÜ
İlham Əliyev Zelenski ilə görüşdü - FOTO
İmişlidə saxlanılan 14 nəfər həbs olundu
Novruz bayramında əfv olacaq?
Bu şirkətlər vətəndaşları ALDADIR
Bu evlər niyə sənədləşdirilməyəcək?
Şahin Mustafayev Əli Əkbər Əhmədian ilə görüşdü
“AZLOGİSTİK“ MMC-nin 40 min vergi borcu var


12.04.2017  10:12 

Azərbaycanın yeni silahı Ermənistanı qorxuya saldı





A+  A-

Azərbaycanın layihələndirdiyi “Zərbə KH” pilotsuz uçuş aparatı barədə müdafiə sənayesi naziri Yavər Camalovun açıqlaması Ermənistanda ciddi qorxu yaradıb.
XəzərNews.az-ın İstipress-ə istinadən məlumatına görə, erməni hərbi ekspertlər bu açıqlamalara dərhal cavab verərək qorxuya düşmüş erməni ictimaiyyətini sakitləşdirməyə çalışıblar.

Yavər Camalov Nazirlər Kabinetinin iclasında “Zərbə KH” (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometr məsafədə tam müəyyən edən və məhv etmək iqtidarında olduğunu bildirib.

Təbii ki, erməni KİV-ləri bu açıqlamanı dərhal şərh etdirməyə çalışıblar. Amma açıq görünür ki, erməni hərbi ekspertlər erməni mediyasına verdikləri müsahibələrdə ölkələrində yaranmış qorxunu azaltmağa yönəlib. Misal üçün, erməni hərbi ekspert Arkadi Qriqoryan “News.am”a verdiyi müsahibəsində dünyada hələ belə silah yaradılmadığını iddia edib:
“Yüksək elektromaqnit impulslu texnika və silahların yaradılması üzrə işlər bütün dünyada aparılır, amma müəyyən uğurlu nəticələr hələ ki, yoxdur. Beləliklə, Azərbaycan dünyanın aparıcı silah istehsalçılarını - Rusiyanı, ABŞ-ı, Çini, İsraili ötüb keçmək niyyətinə düşüb”.
Lakin elə Yavər Camalovun Nazirlər Kabinetinin iclasında dediyi sözlər erməni ekspertinin dediklərinin blef olduğunu göstərir:

"Bildiyiniz kimi, aprel döyüşləri zamanı yerli istehsal olan bir sıra müdafiə təyinatlı məmulatlardan geniş istifadə olunub. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının dəqiq müəyyənləşdirilib məhv edilməsində Azərbaycan istehsalı olan yeni növ hərbi təyinatlı məhsullar mühüm rol oynayıb. Bu istiqamətdə məqsədyönlü işlər davam etdirilir".

Aprel döyüşlərinin gedişi də göstərdi ki, dünyada və Azərbaycan ordusunda belə silahlar var. Əslində, aprel müharibəsi onlarla tankdan ibarət erməni qoşun birləşmələrinin hücum edərək Yevlax - Mingəçevir istiqamətinə çıxmaq istəyi ilə başladı. Azərbaycan peyk nəzarəti vasitəsi ilə bunu müəyyən etdi və erməni mətbuatının “kamikadze” adlandırdığ pilotsuz uçuş aparatları ilə düşmən hərbi dəstəsini məhv etdi. Nəticədə, 15-dən artıq erməni tankı yararsız hala düşdü. Bu barədə məlumatlar Rusiya KİV-lərində xüsusilə geniş şərh edilirdi. Həmin günlər ermənilər “kamikadze” pilotsuz uçuş apartlarından elə qorxurdular ki, hətta bir neçə avtomobilin bir dəstədə getməsinə icazə vermirdilər.

Xəbər 2639 dəfə oxunub.




22.01.2025  14:49 

Daha üç məhkum həbsdə ölüb

22.01.2025  12:40 

Novruz bayramında əfv olacaq?

22.01.2025  10:59 

Ruslar Nikolayev şəhərini vurdu

22.01.2025  10:20 

DİN əhaliyə MÜRACİƏT ETDİ

22.01.2025  09:59 

Didərgin ömür...

22.01.2025  09:00 

Sürücülərin nəzərinə!

22.01.2025  01:36 

Türkiyədə güclü zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +