Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi
Prezident Zəngilanda beşinci yaşayış kompleksinin təməlini qoyub
Mirzoyan Azərbaycana qarşı uyğun olmayan fikirlər səsləndirib -Ayxan Hacızadə
“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar


19.05.2023  10:25 

“Biləsuvar-Quşçuluq”da böhran: 30 işçinin maaşı verilmir





A+  A-

“Biləsuvar-Quşçuluq” ASC-nin rəhbəri Seyran adlı şəxs 30 Azərbaycan vətəndaşını qul kimi işlədib, indi də “gedin kimə istəyirsiz deyin, mən qanun-qayda saymıram” deyib pullarını vermir.

XəzərNews.az xəbər verir ki, “Yeni Müsavat”ın redaksiyasına müraciət edən zərərçəkənlər daxili işlər naziri Vilayət Eyvazovdan kömək istəyirlər. Deyirlər ki, Biləsuvar Polis Şöbəsinə müraciət edib qanunsuzluğa son qoyulacağını düşünüblər. Lakin proses onların düşündüyü tərəfə istiqamət almayıb.

“İlk olaraq Seyranı polis şöbəsinə çağırdılar, ifadəsini aldılar, o da bizlərə yalvarmağa başladı ki, şikayət etməyin, pulunuzu verəcəyəm. Amma sonradan vəziyyət dəyişdi. Polis şöbəsindən çıxandan sonra Seyran dedi ki, "gedin kimə istəyirsiz şikayət edin, mən sizə pul verən deyiləm". Hörmətli cənab nazir, polis şöbəsində şikayətimizə hazırda olduqca biganə yanaşılır, son nəticədə mülki iş kimi rəsmiləşdirilməsinə cəhdlərin olacağına dair Seyranın yaxın ətrafından məlumat almışıq. Halbuki bu adam bizləri işlədib və pulumuzu verməməklə, açıq-aşkar dələduzluq etməkdədir. Sizdən xahiş edirik ki, məsələni şəxsi nəzarətinizə götürməklə araşdırılmasına göstəriş verəsiniz"- zərərçəkənlərdən Mübariz Quluzadə belə deyib.

Zərərçəkən Əmrah Hüseynov isə bildirib ki, 2012-ci ildən tikinti-beton işləri ilə məşğul olur, briqada şəklində fəaliyyət göstərirlər: “Mübariz Quluzadəni 6 ilə yaxındır tanıyıram. Tikintidə briqadir kimi onunla iş yoldaşıyam. 08.08.2022-ci il tarixdə Mübariz bizi Biləsuvar rayonu, Səmədabad kəndində yerləşən quşçuluq fabrikinə tikinti-təmir işləri görmək üçün gətirdi. Mən 15 gün həmin fabrikdə gecə-gündüz beton tökmüşəm, mayak qoymuşam və hamarlama işlərini görmüşəm. Mən günü 50 manata işləmişəm, 15 günə mənə 750 manat pul verilməli olduğu halda Seyrandan pulumuzu ala bilmirik. Seyran Biləsuvar rayonu, Səmədabad kəndi ərazisində Quşçuluq fabrikini işlədirdi. Onunla həmin quşçuluq fabrikində görüşdük. Mənə görüləcək işləri şəxsən Seyran özü göstərib, sexlərin içərisində yerin hamarlayıcı qatını betonlamaq, təmir tikinti işlərini görmək və yeni pəncərə yerlərinin açılması və suvaq işlərini görməsini bizdən tələb etdi. Onunla şərtimiz belə oldu ki, hissə-hissə onun işlərini görəcəkdik, hər həftə pulumuzu ödəyəcəkdi. Sexin yerinin betonlanmasında 17 şəxs işləyib. Ayrı-ayrı işlərin görülməsində ümumilikdə 30 işçi işləmişik. İmişli Beton Zavodundan 400 kub beton almışam, 26 min manat zavoda borclu qalmışam. Betonun içərisinə qoyulması üçün 4000 m setkanı Bakı şəhərindən almışam və mal sahibinə 8300 manat borclu qalmışam. Betonun içəriyə vurulması üçün pompa maşın gətirmişəm, 4 gün işləyib, 6500 manat borclu qalmışam. 40 min 800 manat material və texnikanın puludur, 8 min 200 manat bizə zəhmət haqqı verməli idi. İşi görüb qurtardıqdan sonra Seyran pulu vermədi. Bəhanələr gətirdi, guya sexin yerini betonlayarkən tam hamar, yəni parlaq olmayıb, matıvı vurulub. Mən təkrar aparat gətirdim, 6-7 min manat xərc çəkdim, sexin betonunu parlaq hala gətirib yondum. Bundan sonra Seyran başqa bəhanələr gətirdi, kanalların çəkilməsini tələb etdi, biz kanalları da çəkdik. Mən ondan görülmüş işlərlə bağlı təhvil-təslim olunmasını və pullarımızı ödəməsini tələb etdim. Quşçuluq fabrikinə gəldim, onun sexdə işlərini görən Vasiflə görüşdüm. Digər işlərlə bağlı aramızda akt yazmışdıq, Vasif, hansı ki, pullarını verdikləri işlərlə bağlı sənədlərə imza atdı. Lakin beton işinin sənədinə imza atmadı, dedi Seyran müəllim bildirib ki, beton işini özü təhvil-təslim edəcək. Bu söhbətimiz 2022-ci ilin oktyabr ayında, işi görüb qurtardıqdan 2 ay sonra oldu. Bundan bir həftə sonra Vasif bildirdi ki, Seyran müəllim gəlib. Mən Səmədabad kəndində yerləşən Quşçuluq fabrikinə getdim və Seyranla görüşdüm. Seyran bildirdi ki, betonun markasında məni aldadıblar, marka 200 olmalıdır, mənim bəsimdir, 150 marka olduğu üçün mən pulunu vermirəm. Bakıdan betonun markasını yoxlamaq üçün mütəxəssis gətirdim, yoxladıq, məlum oldu ki, betonun markası 200-dən yuxarıdır. Bundan sonra Seyran daha bir bəhanə uydurdu, dedi ki, işi səninlə danışmamışam, Xalidlə və Zaminlə danışmışam. Beton işlərinin mənim tərəfdən görüldüyünü xatırlatdım, dedim ki, Xalid və Zaminlə əlaqə saxla, pullarımız ödənilsin. Seyran danışaram desə də, sonradan dedi ki, mən sizi tanımıram və pulunuzu da vermirəm, gedin kimə istəyirsiz deyin!”

Zərərçəkənin sözlərinə görə, ümid yerləri daxili işlər naziridir: “Cənab nazirə mətbuat vasitəsilə müraciət etmək məcburiyyətindəyik. Hesab edirik ki, cənab nazir 30 Azərbaycan vətəndaşına qarşı dələduzluq işini şəxsi nəzarətinə götürsə, qısa zaman ərzində bizim haqqımız ödənəcək. Seyranın bizim haqqımızı ödəmək üçün kifayət qədər pulu və imkanı var. Sadəcə, tərslik edir, qanunları saymır. Hüquq-mühafizə orqanı ona Azərbaycanda yaşadığını, Azərbaycan qanunlarına tabe olmalı olduğunu xatırlatmalıdır”.

“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı “Biləsuvar-Quşçuluq” ASC-nin rəhbəri ilə əlaqə saxlayıb. O, ittihamlara münasibət bildirməkdən yayınıb.

Xəbər 1337 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

03.11.2024  23:19 

Qəzzada ölənlərin sayı artdı

02.11.2024  19:36 

Türkiyədə zəlzələ baş verib

31.10.2024  20:12 

Şəmkirdə bədbəxt hadisə

31.10.2024  01:48 

Müğənni Kərim ziyana düşüb

30.10.2024  16:24 

Daha bir tiktoker həbs edildi -Foto


BÜTÜN XƏBƏRLƏR +