Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


07.03.2023  10:16 

Onlar da seçkilərdə Kılıçdaroğlunu dəstəkləyəcək





A+  A-

Türkiyənin müxalif Xalqların Demokratik Partiyası (HDP) Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri, "Millət İttifaqı"nın vahid namizədi Kemal Kılıçdaroğlunu seçkilərdə dəstəkləyəcəklərini açıqlayıb.

Partiyanın həmsədri Mithat Sancar bu barədə danışıb.

"Cənab Kılıçdaroğlunun namizədliyi xeyirli olsun. Qərargahımızda bu məsələləri müzakirə etmək üçün onun ziyarətini gözləyirik", - deyə Sancar söyləyib. O, partiyanın başqa namizəd çıxarmayacağını da əlavə edib.

Bundan sonra hazırda həbsdə olan sabiq HDP həmsədri Selahettin Demirtaş da tviter səhifəsində M.Sancarın açıqlamasını paylaşıb.

"Xeyirli olsun. Onu HDP qərargahına gözləyirik", - deyə başlıq yazıb və dəstəyini ifadə edib.

Qeyd edək ki, 6 mart tarixində "Millət İttifaqı"nın toplantısından sonra Kemal Kılıçdaroğlu vahid namizəd elan olunub./Modern.az



Xəbər 1359 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +