Məsud Pezeşkian Bibiheybət məscidini ziyarət edib
Nüvə silahından istifadə son çarədir - Müdafiə naziri
“Top İran tərəfindədir“ - Siyasi şərhçi
Paşinyan sülh müqaviləsini imzalamağa hazırdır
Rusiya Kiyevdən siqnal gözləyir - Peskov
“Azər-Aqro LTD”nin bazarı bağlandı - Video
Çingiz Qənizadə sədr seçildi
Vatikan yeni Papanı bu tarixdə seçəcək
Zelenski və Putin Trampı niyə məyus edir?
Pulu var, verib çıxıb da yəqin... - Zabit Nəbizadə


03.03.2021  13:22 

“Türkiyə suriyalı qaçqınların yükünü təkbaşına daşıya bilməz”





A+  A-

“Beynəlxalq cəmiyyət Suriyadakı humanitar vəziyyətin məsuliyyət yükünü Türkiyəyə yükləməməlidir”.
XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu Suriyadakı insan haqları vəziyyətinə dair BMT Baş Məclisinin iclasında münasibət bildirib.

“Beynəlxalq ictimaiyyət bu faciədən üz döndərə və bunu yalnız bizim çiyinlərimizə buraxa bilməz. Suriyanın şimal-qərbində 3 milyon insan Türkiyə tərəfindən həyata keçirilən BMT-nin sərhədyanı əməliyyatlarına güvənir”,- deyə səfir qeyd edib.

Diplomat Bəşər Əsəd rejiminin repressiyalarından qaçan 4 milyon suriyalının Türkiyəyə sığındığını xatırladıb. Onun sözlərinə görə, Ankara Türkiyə sərhədi yaxınlığında yaşayan 5 milyon da daxil olmaqla, 9 milyon suriyalıya qorunma və yardım təmin edir.

Türk diplomat BMT rəsmilərinin Suriyadakı ehtiyac sahiblərinə birbaşa çatması üçün əlavə nəzarət nöqtələrinin açılmasının vacibliyini vurğulayıb.

“Bu, siyasi bir məsələ deyil. Bu, təxirəsalınmaz humanitar vəzifədir. Buna görə cəsarət göstərin və Suriya xalqına kömək əlini uzadın”,- deyə Siniroğlu bildirib.

Səfir, həmçinin Suriya rejiminin davam edən qanunsuz hərəkətlərinə və “COVID-19” pandemiyası fonunda bu ölkədə böhranın kəskinləşməsinə diqqət çəkib, Türkiyənin Suriyadakı atəşkəsə əməl olunması üçün səy göstərdiyini vurğulayıb.

Siniroğlu Türkiyənin Suriyada İŞİD ilə təkbətək savaşan və bu təşkilatın 4 mindən çox silahlısını zərərsizləşdirən tək Nato ölkəsi olduğunu xatırladıb.

Eyni zamanda daimi nümayəndə, beynəlxalq cəmiyyəti terror təşkilatı PKK/YPG tərəfindən edilən hücumlara və insan haqlarının pozulmasına lazımi diqqət yetirməyə çağırıb.

Xəbər 4955 dəfə oxunub.




28.04.2025  18:27 

Çingiz Qənizadə sədr seçildi

28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +