Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub
Polis yollardakı vəziyyətlə bağlı məlumat yaydı
Güclü külək nəticəsində Bakıda 55 ağac sınıb


07.11.2019  16:43 

“Bəzi ərazilərdə BŞİH tərəfindən yanlışlığa yol verilib” – Qorxmaz Hüseynov





A+  A-

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Bakıda binaların üzərindən çənlərin yığışdırılması və bu səbəbdən əhalinin susuz qalması məsələsinə münasibət bildirib.
XəzərNews.az-ın məlumatına görə, sədr qeyd edib ki, bəzi ərazilərdə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yanlışlığa yol verilib: “Hansı ərazilərdə fasiləsiz su rejiminə keçiriksə, bununla bağlı rayon icra hakimiyyətlərinə, Fövqəladə Hallar Nazirliyinə müraciət edirik. Həmin xətlərin kəsilməsi, su axıntılarının qarşısının alınması üçün dəstək veririk. Bu çənlərin yığışdırılmasının ilk təşəbbüsünü də biz vermişik. Amma bir anlaşılmazlıq oldu, səhv etmirəmsə, bu hadisə Xətai rayonunda baş verdi. Bakı Şəhər İcra Hakimiyyəti orada layihə həyata keçirəndə çənləri götürmüşdü. Sonra bizim mütəxəssislər ora göndərildi. Məlum oldu ki, həmin binalardan çənləri götürmək olmaz. Çünki həmin əraziyə fasiləsiz su vermək mümkün deyildi. Bu səbəbdən də çənlər geri qaytarıldı. Bundan sonra artıq koordinasiya qurduq ki, hansı qurum layihə icra edirsə, bizimlə razılaşdırsın”.

Xəbər 2083 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +