Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?
Deputatın oğlu qohumunun pulunu mənimsəyib?
“Bakıxanov Residence”də evləri su basıb
Bakıda həbsdə olan Ruben Vardanyan kilsə tikir
Tramp Ukraynadan 100 milyard dollar tələb edir
Sosial Müdafiə Fonduna yeni sədr təyin olunub
Polis yollardakı vəziyyətlə bağlı məlumat yaydı
Güclü külək nəticəsində Bakıda 55 ağac sınıb


05.11.2019  13:14 

Elçin Əlibəyli onu döyənin adını AÇIQLADI





A+  A-

Tanınmış teleaparıcı Elçin Əlibəyli cəmiyyətdən mənəvi dəstək istəyib.
XəzərNews.az xəbər verir ki, siyasi fikirlərinə görə qonşusu tərəfindən döyüldüyünü söyləyən E. Əlibəyli həmin şəxsin kimliyini açıqlayıb. O, sosial şəbəkə vasitəsilə ziyalılara və jurnalistlərə müraciət edib:

“Əziz həmkarlar, dəyərli ziyalılar, kimin üçün dəyərliyəmsə, mənə hörmət qoyursa, bu mürəciətimi işqlandırınsın. Oktyabrın 19-u qonşum tərəfindən siyasi motivlərə görə döyülsəm də bu günə kimi döyən şəxs olimpiya çempionu Namiq Abdullayev olduğu üçün Daxili İşlər Nazirliyi susur. Bu ölkədə haqq-ədalət yoxdur nəticəsinə gəlirəm. Mənim davam döyülmək və söyülmək davası deyil. Avropa çempionu olan qonşumun fənd işlədərək, təpiklə mənim əmilliyyatdan yenicə çıxan disk yırtığı (qrija) yaramı partlatması hesabına aldığım ağır zərbədən günlərlə çəkdiyim əziyyətdir. Təcili əməliyyat olunmalıyam, amma mən bu yazını yazanda belə ağrıkəsici iynənin təsiri ilə yazıram. Mənə yalnız sizin mənəvi dəstəyiniz lazımdır!”

Qeyd edək ki, E. Əlibəyli başına gələn hadisə ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazova da müraciət ünvanlamışdı. O, hadisəni törədən şəxsin qardaşının DİN-də çalışdığını və nüfuzu hesabına bu məsələni ört-basdır etmək istədiyini vurğulamışdı. E. Əlibəyli nazirdən məsələ ilə bağlı ölçü götürülməsini xahiş edib.

Xəbər 1708 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...

16.04.2025  08:57 

Bakıda körpünü su basdı


BÜTÜN XƏBƏRLƏR +