Ərə verilən 14 yaşlı qız danışdı - Açıqlama
Mahmud Şərifov saxlanılıb - Dələduzluğa görə...
Rüfət Hacıyevin ən bahalı əmlakları özünə qaytarıldı - Siyahı
Rəşad Dağlı amnistiyaya düşəcək?
Naxçıvanda 85 nəfər məsuliyyətə cəlb edilib
SOCAR-ın maliyyə hesabatındakı bəzi qeydlər niyə yığışdırlıb?
Təsadüfün qazandırdığı yarım milyon dollar
Cəmil Həsənli yenə DTX-ya çağırılıb
Bu halda: 66 nəfər həlak olub, 84 nəfər xəsarət alıb
Bu vərəsələrə müavinət ödəniləcək


15.12.2025  11:19 

Nura Suri nazirliyə çağrıldı... - Nə baş verir?





A+  A-

Ümumiyyətlə, əgər bir problem varsa, gec-tez onun bir nəticəsi olmalıdır. Nəticənin müsbət və ya mənfi olması ikinci məsələdir, əsas odur ki, reaksiya var.

XəzərNews.az xəbər verir ki, bu sözləri bir müddət əvvəl Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlamasıyla gündəmə gələn müğənni Nura Suri sosial şəbəkədə yazıb.

O, nazirliyə çağırıldığını bildirib:

“Mədəniyyət Nazirliyinə yazdığım ərizəmi nə məktubla, nə də e-mail ilə cavablandırdılar. Məni 10 dekabrda nazirliyə dəvət edib müəyyən məsələləri müzakirə etdilər. Problemlərin tam həll olunub-olunmadığına hələ əmin deyiləm, amma bu da bir nəticədir.

Bu aktivliyin özü – həm mənim, həm də sənət dostlarımın qaldırdığı məsələlərin və səsimizin nəticəsidir. Bu da bir nəticədir”.

Qeyd edək ki, Nura Suri, müğənni Almaxanım Əhmədova və bir çox sənət adamı dövlət tədbirlərinə dəvət olunmadıqları ilə bağlı qalmaqallı açıqlama vermişdilər.

Xəbər 1269 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +