“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


07.11.2021  14:46 

“8 Noyabr - Azərbaycan Zəfər Günü” - Kiprdə qeyd olundu - Fotolar





A+  A-

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Şimali Kipr Türk Respublikasında yaşayan soydaşlarımız “8 Noyabr - Azərbaycan Zəfər Günü” bayram tədbiri keçiriblər.

XezerNews.az xəbər verir ki, Zəfər Günü tədbirinə Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar, ŞKTR Millət Vəkilləri, ŞKTR Universitetlər Birliyinin sədri Salman Arslanbaş, çox sayda KİV təmsilçisi, QHT-lər, universitet rektorları, ŞKTR yaşayan soydaşlarımız və digər xalqların nümayəndələri qatılıb.

Hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Açılış nitqi söyləyən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan növbəti tədbir xalqımızın Qarabağda əldə etdiyi zəfərin sevincini birgə yada salmaq və həmrəylik göstərmək məqsədi ilə təşkil olunub:

“Dünya azərbaycanlıları uzun illərdir bu günlər üçün mübarizə aparıb. Bir çox beynəlxalq qurum işğal faktını təsdiq etsə də dünya birliyi bu işğala və Xocalı soyqırımına susub. Bir il öncə əldə olunan Zəfər ümumdünya azərbaycanlılarının da dəstəyi ilə baş tutub. Diaspor təşkilatları Qarabağın işğal olunması, günahsız insanların işgəncələrə məruz qalması, soyqırımların yaşanması haqqındakı məlumatları dünyanın diqqətinə çatdırıb. Eyni zamanda Azərbaycanın milli-mənəvi dəyərləri, mədəniyyəti, qonaqpərvərlik və humanistliyini təbliğ ediblər. Məhz müharibə dövründə bütün dünya bunun şahidi olub. Azərbaycan əsgəri heç bir sivil vətəndaşa qarşı zor tətbiq etməyib“.

Tədbirdə iştrak edən Diasporla İş üzrə Dövlət Komitəsi Beynəlxalq Əlaqələr şöbəsinin əməkdaşı İlahə Abbasova komitə sədri Fuad Muradovun xüsusi məktubunu səsləndirib.

Şimali Kipr Universitetlər Birliyinin sədri Salman Aslanbaş Zəfər bayramı ilə bağlı iştrakçıları təbrik edib:

“Biz hər zaman Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf etməsindən dolayı sevinməkdəyik. Eyni zamanda Şimali Kipr Türk Respublikası ilə hər iki qardaş ölkənin ictimai, iqtisadi və təhsil əlaqələrinin inkişafı üçün çalışmalıyıq. Azərbacanlı tələbələrin və eyni zamanda adada yaşayan qardaşlarımıza daim dəstək olmağa hazırıq”.

Zəfər Günü tədbirinə böyük sevinc hissi ilə qatıldığını bildirən Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar müharibənin Zəfərlə bitməsindən xalq olaraq böyük sevinc hissi yaşadıqlarını bildirib. Prezident vurğulayıb ki, Kıbrıs Türk xalqı Azərbaycan xalqı ilə eyni kök və milli mənsubiyyətə sahibdir:

“Xalqımız daima Azərbaycan xalqının yanında olmaqdan böyük məmnuniyyət duymaqdadır. Qarabağın azadlığa qovuşmasının, düşmən zülmündən qurtarılmasının və bunu birlikdə qeyd etməyimiz olduqca maraqlıdır. Azərbaycanın zəfəri bizim də zəfərimizdir. Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Cümhuriyyəti eyni soydan gələn üç dövlət olaraq birgə mübarizə aparması daha yaxşı nəticələrə gətirib çıxaracaq. Biz hər zaman Azərbaycan xalqının yanındayıq. Onların da bizi eyni sevgi ilə qucaqladıqlarının fərqindəyik”.

Azərbaycan-Kipr Dostluq Cəmiyyəti Ersin Tatara Zəfər Xatirəsi hədiyyəsi təqdim edib.

Daha sonra Ankara Musiqi və Gözəl Sənətlər Fakültəsinin tələbəsi Nigar Rəhimova Azərbaycanın milli və vətənpərvərlik mahnılarını səsləndirib.

Tədbir müxtəlif şeirlər və musiqilər ilə davam edib.










Xəbər 1646 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi

08.12.2024  21:14 

Əhməd Muxtar həbs edilib

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb


BÜTÜN XƏBƏRLƏR +