Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı


31.03.2023  16:11 

Rəşad Dağlının məhkəməsi nə zaman başlayır?





A+  A-

Meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) cinayət işinin istintaqı başa çatıb və məhkəməyə göndərilib. İş artıq Ağır Cinayətlər Məhkəməsinə daxil olub və yaxın günlərdə icraata götürüləcək. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

XəzərNews.az xəbər verir ki, yenisabah.az-ın sorğusuna cavab verərkən R.Dağlının vəkili Bəhruz Xıdırov da konkret tarix açıqlamayıb:

“Bu barədə heç bir şey deyə bilmərəm. Hazırda məhkəməyə tələsirəm. Prosesi gözləyək”.

R.Dağlının bibisi qızı, jurnalist Könül Aypara qeyd edib ki, meyxanaçı ilə mərhum İsgəndər Mehdiyev arasında ölümlə nəticələnən münaqişənin səbəbi bəllidir və bu barədə vəkili açıqlama verib:

"O vaxtı nə deyilibsə, indi də odur. Yeniliklərlə bağlı heç bir məlumat verilmir. O cümlədən ailədaxili şəxsi məlumatlar da. Xüsusilə, mənə.

Mən media nümayəndəsiyəm deyə, suallarım cavabsız qalır”.

K.Ayparanın sözlərinə görə, söz ustadının sənət dostları lap əvvəldən R.Dağlının ailəsinə dəstək olublar:

“Sağ olsunlar, gəlib-gedirlər, maddi və mənəvi kömək mənada hər an ailəsinin yanındadırlar. Bir an da olsun onları, əsasən Rəşadın oğlu Yusifi nəzarətdən qaçırmırlar, heç vaxt unutmurlar. Rəşadın da yanına tez-tez görüşə gedirlər”.

Prosesə ictimai marağın böyük olması, buna görə də məhkəmənin gedişinə və çıxarılacaq hökmə təsirinə gəlincə, K.Aypara qeyd edib ki, qanun hamı üçün qanundur:

“Qanunda prosedur qaydaları necədirsə, hamıya şamil olunduğu kimi, Rəşad Dağlı da Azərbaycan Respublikasının vətəndaşı olduğu üçün bu qanunlar qarşısında cavab verməlidir. Aidiyyəti orqanlar hüquqi cəhətdən nə qiymət verəcəklərsə, verəcəklər. Əgər onun xeyrinə nə isə olacaqsa, olacaq. Bu, artıq bizlik deyil.

Suallarınızın yeganə cavabı var: bu da Azərbaycan qanunlarıdır. Konstitusiyamızda hansı qanunlar yazılıbsa, bütün vətəndaşlara şamil olunur, o cümlədən Rəşad Dağlıya da”.



Xəbər 4249 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.11.2024  18:38 

Ədalət Verdiyev həbs edildi

23.11.2024  14:08 

İran Rusiyaya etiraz notası verdi


BÜTÜN XƏBƏRLƏR +