Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


26.04.2021  12:36 

Ermənistanın məğlubiyyətinə dözməyib istefa verdi





A+  A-

“Çiçəklənən Ermənistan” Partiyasından Ağsaqqallar Şurasının üzvü Ripsime Arakelyan mandatından istefa verib.
XəzərNews.az xəbər verir ki, bu barədə o, öz feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, 2,5 il ərzində, yəni mandat aldığı andan etibarən İrəvan sakinlərinin həyatını yaxşılaşdırmaq üçün hər şeyi etməyə çalışsa da, təcrübə göstərib ki, “Mənim addımım” blokunun nümayəndələri ilə müvəffəqiyyət qazanma cəhdləri uğursuzluğa məhkumdur.

“Son 7 ayda müşahidə etdiyimiz biabırçı həqiqətlərdən sonra bu məsuliyyətsiz insanlarla görüşlərdə müzakirə edə, işləyə və hətta eyni salonda qala bilmərəm, bu, mənim prinsiplərimə ziddir. Üzv olaraq mandatımı tərk edirəm. İrəvan Ağsaqqallar Şurasının sədri və “Çiçəklənən Ermənistan” partiyasına 2,5 illik əməkdaşlıq və etimad üçün təşəkkür edirəm”,- deyə Arakelyan qeyd edib.

Xatırladaq ki, martın 18-i Baş nazir Nikol Paşinyan 20 iyun tarixində Ermənistanda erkən parlament seçkilərinin keçiriləcəyini elan etmişdi.

Ötən gün isə Paşinyan vəzifəsindən istefa etdiyini açıqlayıb.

Xəbər 3627 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +