Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


01.07.2022  10:14 

Zaur onu tənqid edənləri ələ saldı - Video





A+  A-

Aparıcı Zaur Kamal ARB telekanalında yayımlanan “Həmin Zaur” verilişində cənubi azərbaycanlı müğənni Afşin Azərini efirdən qovduğuna görə onu tənqid edənlərə cavab verib.

O, ötən axşam canlı efirini bu sözlərlə açıb:

“Uzaqdan qüsursuz, yaxından isə lazımsız insanlar gördüm bu həyatda. Amma lazımsızları uzaq etdim, lazımlılar qaldı yanımda. 25 ildir radio-televiziya təcrübəm var. Həmişə tamaşaçı qarşısına alnıaçıq çıxdım, həmişə tamaşaçı sevgisini hiss etdim. Damla-damla yığdığımız bu sevgini Allah-təala bizdən uzaq etməsin. Efirə ancaq sevincli hisslərlə çıxırıq. Bu gün də sevincimlə, gözəl ab-hava ilə bu günün gecəsini açıq elan edirəm”.

Maraqlıdır ki, Z. Kamal etdiyi mədəniyyətsiz hərəkətinə görə ünvanına səsləndirilən tənqidi fikirlərdən sonra belə tamaşaçılardan üzr istəməyib, əksinə açıqlaması ilə onları ələ salıb.

Dünən sosial şəbəkələrdə sözügedən mövzu günboyu müzakirə olunsa da, ARB telekanalı hadisə ilə bağlı heç bir mövqe bildirməyib. Bu, azmış kimi, Z. Kamalın yuxarıdakı açıqlamasını rəsmi yutub kanalında “Zaur Kamal dillərə düşməyindən danışdı: Lazımlı insanlar yanımdadır” başlığı ilə paylaşıb.

Görünür, tamaşaçı fikri, eləcə də ictimai qınaq nə telekanal üçün, nə də aparıcı üçün hər hansı bir məna kəsb edir...“Qafqazinfo”



Xəbər 2876 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +