Bakı-Quba yolunda qəzanın - VİDEOSU
Narkotikin təsiri altında avtobus sürən saxlanıldı
Ölkə ərazisində gözlənilən hava şəraiti açıqlandı
Xanım müavin işdən çıxarıldı
Prezident İlham Əliyev Düşənbəyə səfər edib
Azərbaycanlı Gürcüstanda saxlanıldı
Yaşlı qadınlar ərazidə, gənc xanımlar ofislərdə... - “Azəriqaz”a ittiham
Müdafiə üzərində işləyirik - Vladimir Putin
Rusiya Qəbələ sammitini niyə hədəfə alıb?
Putin və Əliyev Düşənbədə görüşəcək


02.05.2018  11:06 

Dini Komitə Elşad Mirinin həbsini tələb etdi





A+  A-

İlahiyyatçı Elşad Miri “İslamda yoxdur” adlı kitabına qoyulan qadağaya görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini verdiyi məhkəmə prosesi may ayının 1-də davam edib.
XəzərNews.az xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Aygün Abdullayevanın sədrliyi ilə baxılan məhkəmə iclasında Komitənin hüquqşünası Xalid Məmmədov tərəfindən Elşad Mirinin sosial şəbəkədəki səhifəsində paylaşdığı iki şəkli hakimə göstərərək məhkəmədən xahiş edib ki, Elşad Miri barəsində Cinayət Məcəlləsinin 167-2-ci maddəsi ilə cinayət işinin başlanması üçün prokurorluğa müraciət edilsin.

İlahiyyatçı isə sonuncu şəklin Azərbaycanda deyil, Özbəkistanda çəkildiyini və Bakıda olarkən şəklin sosial mediaya yükləndiyini qeyd edib.

İddiaçının vəkili Elmar Süleymanov isə Özbəkistanda çəkilmiş şəkili əsas götürərək Elşad Mirini cinayət məsuliyyətinə cəlb etmə cəhdini, Komitəni bu işdə ziddiyətli və əsassız hesab edərək, Komitənin kitab qadağası ilə bağlı mövqeyinin zəifliyi və iddiaçıya təzyiq üsulu kimi qiymətləndirib.

Qeyd edək ki CM-nin 167-2-ci maddəsinə əsasən, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı (kağız və elektron daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma beş min manatdan (5000) yeddi min manatadək (7000) miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.

Vəkil bu məsələyə qiymət verərək qeyd edib ki, İddiaçının dini təyinatlı ədəbiyyatı yayma məqsədi ilə idxal etməsinə, satmasına və ya yaymasına dair heç bir sübut olmadan onu cinayət məsuliyyətinə cəlb etmək təşəbbüsü iddiaçının elmi araşdırmalarının qarşısını almaq, maarifləndirmə işini dayandırmaq və hüquqlarının müdafiəsindən vaz keçmək mesajı kimi qiymətləndirilməlidir.

Xəbər 3053 dəfə oxunub.




09.10.2025  11:56 

Xanım müavin işdən çıxarıldı

09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +