Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


31.05.2017  21:39 

Rövnəq Abdullayevin oğlundan sonra onlar da getdi





A+  A-

"Səbail" Futbol Klubunun Müşahidə Şurasının heyətində dəyişiklik baş verib.
XəzərNews.az xəbər verir ki, klubun fəaliyyətə başladığı ilk günlərdən MŞ-nin üzvü olan Təbriz Həsənov və Tural Əsədov rəhbərliyə müraciət edərək işlərinin çoxluğu səbəbindən Müşahidə Şurasının üzvlüyündən xaric olunmalarını xahiş ediblər. "Səbail" FK-nın rəhbərliyi müraciətləri müsbət dəyərləndirərək klubun adından Təbriz Həsənova və Tural Əsədova səmərəli fəaliyyətlərinə görə təşəkkürünü bildirib, gələcək işlərində uğurlar arzulayıb.

Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov və Bakıda fəaliyyət göstərən "Mançester Yunayted Futbol Məktəbi"nin məşqçisi Cahangir Həsənzadə Müşahidə Şurasının üzvü təyin olunublar.

Qeyd edək ki, AFFA prezidenti R. Abdullayevin oğlu Rəşad Abdullayev mayın 3-də "Səbail" Futbol Klubunun Müşahidə Şurasının sədri vəzifəsindən istefa vermişdi.

Xəbər 3365 dəfə oxunub.



10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +