Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


15.05.2017  12:19 

İranın Azərbaycana vurduğu ZİYAN





A+  A-

Cəlilabad rayonunun İranla həmsərhəd ərazilərində İrandan keçən mal-qara sakinlərin əkin sahələrini yararsız hala salıb.
Bu barədə XəzərNews.az-a rayonun Babalı kənd sakini Qalib adlı şəxs məlumat verib.
Vətəndaşın sözlərinə görə, sərhəddə bitərəf ərazidə əkilmiş taxıl zəmilərinə İran kəndlərindən hər gün onlarla inək daxil olur. Sahələrdə yetişmək ərəfəsində olan sünbülü yeyən mal-qara hektarlarla zəmini yararsız hala salıb.
Məsələ ilə bağlı sakinlər ərazidəki sərhəd xidmətinin əməkdaşlarına məlumat veriblər.
Qeyd edək ki, sərhədyanı ərazilərdə yerləşən sözügedən torpaq sahələri dövlət fond torpaqlarıdır. Həmin ərazilər sakinlərə müəyyən müddətə əkin üçün icarəyə verilib.

Elçin
XəzərNews


Xəbər 3933 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +