Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


27.03.2017  15:56 

Qarabağ əlili iki ildir kompensasiya ala bilmir





A+  A-

Qax rayonunun Qaxmuğal küçəsində yaşayan 2-ci qrup Qarabağ müharibəsi əlili, prezident təqaüdçüsü İlqar Cəlilov məhkəmə qərarı ilə udduğu 62 min manatlıq kompensasiyanı “Azərişıq” dan ala bilmir.
XəzərNews.az bildirir ki, bununla bağlı “Qafqazinfo”ya şikayət edən İ. Cəlilov xatırladıb ki, 2015- ci ilin martın 3-də qeyd olunan ünvandakı evi yanıb. Buna səbəb isə istismar müddəti bitmiş transformatorlar olub. Belə ki, həmin transformatorların qoruyucuları çıxarılaraq satılıb və yerinə armatur vurulub. Nəticədə də həmin şəxsin evi tamamilə yanıb.

Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri də yanğının bu səbəbdən baş verdiyini təsdiqləyib. Baş vermiş hadisəyə görə Qax elektrik şəbəkəsinin müdiri Elxan Əlimov və idarənin mühəndisi Xəlil Bayramov işdən çıxarılıb. Bu yaxınlarda isə hər iki şəxs 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası alıb və cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Zərərçəkmiş İlqar Cəlilov isə ona verilməli olan kompensasiyanın qaytarılması üçün ölkənin yüksək vəifəli bir neçə şəxsi ilə görüşüb. Ötən ilin sentyabr ayında Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası da onun lehinə qərar çıxarıb. “Azərişıq” ASC rəhbərliyi ilə də görüşən İ. Cəlilovun sözlərinə görə, ona kompensasiyanın veriləcəyini bildirsələr də, indiyə kimi bunu həyata keçirən yoxdur: “Elə hamı deyir ki, pulunu alacaqsan, beləcə yola verirlər, amma nəticə yoxdur, bir əlilə qarşı bu qədər haqsızlıq olarmı?”.

“Azərışıq” ASC-dən “Qafqazinfo”ya məsələ ilə bağlı verilən məlumata görə, 3 mart 2015-ci il tarixdə Cəlilovun mülkiyyətində olan evində elektrik qurğularının sıradan çıxması "Azərişıq" ASC-nin səlahiyyət vaxtında baş verməyib. “Azərışıq” ASC öz səlahətlərinin icrasına 2015-ci ilin aprel ayında, yəni şəbəkənin təhvil verilməsi anından sonra başlayıb. Məsələnin quruma aidiyyatı yoxdur. Problem “Azərenerji” ilə həll edilməlidir.

Xəbər 3685 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +