Rusiya AZAL-ın təyyarəsi ilə bağlı tələbləri niyə indi qəbul etdi?
Tanınmış şərhçi vəfat etdi -FOTO
Bu ölkədə gəmi batdı, xarici vətəndaş öldü
DİN Astarada əməliyyat keçirib
Əliyev-Putin görüşü ilə bağlı... - ŞƏRH
Düşənbədə Putinlə Əliyev arasında görüş başa çatıb
Ronaldonun sərvəti 1 milyard dolları ötüb
Təyyarə qəzası ilə bağlı məmurların hərəkətlərini araşdırırıq - Putin
İlham Əliyev: Bu işi şəxsi nəzarətinizdə saxladığınız üçün...
İsrailin saxladığı türkiyəli deputatlar Azərbaycana gətirilir


25.09.2025  18:46 

“Benfika“nın baş məşqçisi cəzalana bilər





A+  A-

"Benfika"nın baş məşqçisi Joze Mourinyo hakimlər barədə açıqlamalarına görə liqanın intizam komitəsindən cəza ala bilər.

XəzərNews.az xəbər verir ki, məşhur portuqaliyalı mütəxəssis sentyabr 23-ə keçirilən və 1:1 hesabı ilə başa çatan "Benfika" - "Riu Ave" matçında hakimlərin idarəçiliyindən narazı qalıb. O, bu fikirlərini həm müsahibədə, həm də mətbuat konfransında səsləndirib.

Mourinyonun açıqlamaları Portuqaliya Peşəkar Hakimlər Assosiasiyasını (APAF) hərəkətə gətirib və qurum məsələni Portuqaliya Futbol Federasiyasının (FPF) İntizam Şurasına göndərib. Əgər baş məşqçinin günahı sübuta yetirilsə, onu cərimə və ya bir oyunluq diskvalifikasiya gözləyir.

Qeyd edək ki, "Biz qol vurduq, lakin o ləğv olundu. Çünki futbolçulardan biri digərinin ayağının üstünə basdı. Mənə belə futbol xoş deyil, amma qəbul etməliyik. Nəticədə oyunun əsas qəhrəmanı hakim yox, VAR-da qərar qəbul edən şəxs oldu. Baş hakimin isə müstəqil qərar vermək üçün heç bir iradəsi yox idi", - deyə Mourinyo narazılığını bildirmişdi.//Publika.az

Xəbər 2571 dəfə oxunub.



09.10.2025  18:32 

DİN Astarada əməliyyat keçirib

09.10.2025  11:56 

Xanım müavin işdən çıxarıldı


BÜTÜN XƏBƏRLƏR +