Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


23.08.2023  12:37 

Tarixi məkanlar baxımsızlıqdan dağıdılır - Fotolar





A+  A-

Bir neçə ildir bölgınin tarixi abidələri ilə bağlı bərbad vəziyyətlə qarşılaşıram, xüsusən Cəlilabadın kəndlərindəki dözülməz hal məni narahat edir. "Öyrənilən" tarixi yerlərin və abidələrin haqqında məlumatlar bir yana çıxarılmır, bəzi tarixi məkanlar isə baxımsızlıqdan dağıdılır.

Hacıismayıllı kəndindəki Qoç abidəsi və ümumiyyətlə bu Qoç abidəsinin yerləşdiyi qəbiristanlıq acınacaqlı durumdadır. Qəbiristanlığın sahəsinin genişliyi, buradakı qəbirlərin yan-yana olması maraqlı keçmişdən soraq verir.

Qəbirlərin üzərinə sadəcə daş parçaları qoyulub, bəzi qəbirlərin üzərindəki başdaşı və sinədanlarda qılınc, kuzə, Çərxi-Fələk, ocaq təsvirləri var. Ən maraqlısı Qoç heykəlidir. Sadaladığım bu əlamətlər Hacıismayıllı qəbiristanlığının İslamdan öncəki dövrün abidəsi olduğunu təsdiq edir.

İslam ölkələrində VIII yüzillikdən sonra qəbirlərin üzəri müsəlman adətinə uyğun şəkildə hazırlanırdı, buna görə də orada başqa inancları ifadə edən təsvirlərə yer verilmirdi. Qoç heykəlləri isə əsasən Türkiyədə, Qafqazın cənubunda və indiki İran ərazisinin şimalında qəbirlərin üzərinə sinədan əvəzi qoyulurdu.

Qoç, Təkə Günəşin simvoludur, bu barədə İlaxır çərşənbələrdə və Novruz bayramı günlərində xüsusi mərasimlər keçirilirdi. Bu dini-mifoloji görüş el adətlərində bu gün də yaşayır. Tarixi əşyaları araşdırarkən onların mifoloji keyfiyyətlərinə də əhəmiyyət vermək lazım gəlir. Bir sözlə, abidələrin ifadə etdiyi tarıxi həqiqətləri daha çox folklorda axtarmaq vacibdir. Belə olmadıqda yürüdülən fikirlər yeknəsəq olur.

Yekun qərarım belədir ki, Hacıismayılı qəbiristanlığı İslamdan öncəki dövrün nişanəsidir və özündə daha çox Günəşə inamın əlamətlərini qoruyub saxlayır.

Bilal Alarlı









Xəbər 3522 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +