Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


13.06.2023  09:00 

Donbassda şiddətli döyüşlər davam edir





A+  A-

Ukrayna hərbçiləri ilə rus işğalçıları arasında son sutka ərzində 26 toqquşma olub.

XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Düşmən əsas səylərini Luqansk və Donetsk vilayətlərini tamamilə işğal etmək cəhdlərinə yönəldib.

Donbassda şiddətli döyüşlər davam edir.

Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində şəxsi heyətin cəmləşdiyi ərazilərə 9, düşmənin zenit-raket komplekslərinə isə 4 zərbə endirib.

Ukrayna hərbçiləri həmçinin düşmənə məxsus “Ka-52” helikopterini və “Orlan-10” operativ-taktiki PUA-nı məhv ediblər.

Son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinin raket və artilleriya bölmələri üç komanda məntəqəsini, iki zenit-raket kompleksini, düşmənin şəxsi heyətinin cəmləşdiyi ərazini və atəş mövqelərində olan üç artilleriya bölməsini vurub.

Xəbər 2679 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +