Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


30.04.2023  11:04 

Moskva sülh istəyir?





A+  A-

Xəbər verdiyimiz kimi, aprelin 27-də Çin prezidenti Si Cinpin və Ukrayna prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri ilk dəfə telefonla danışıblar.

Kremlin sözçüsü Dmitri Peskov Çin prezidentinin Moskvanın şərtləri ilə Ukrayna münaqişəsinə son qoymaq cəhdini alqışladığını bildirib.

“Ukraynadakı münaqişənin bitməsinə və Rusiyanın məqsədlərinə çatmasına kömək edəcək hər şeyi alqışlamağa hazırıq” - Peskov jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Zelenski təxminən bir saat davam edən telefon zənginin "uzun və mənalı" olduğunu yazıb. Ukrayna lideri Çinə səfir təyin edəcəklərini də açıqlayıb. Çin dövlət televiziyası CCTV-nin xəbərinə görə, Si Zelenskiyə “müharibədən yeganə çıxış yolu danışıqlardır” deyib: "Si ukraynalı həmkarına deyib ki, Çin Ukrayna ilə bağlı hər zaman sülhün tərəfində olub. Pekinin əsas mövqeyi sülh danışıqlarını dəstəkləməkdir".

Pekinin Ukraynaya xüsusi nümayəndəsini göndərəcəyi bildirilsə də, bununla bağlı əlavə məlumat verilməyib.

Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsinin birinci ildönümündə Çin lideri 12 bəndlik sülh planı hazırlamış və tərəfləri masaya dəvət etmişdi. Si Cinpin mart ayında Moskvaya səfər etmiş, iki gün dalbadal Rusiya lideri Vladimir Putinlə görüşmüşdü. Sinin Moskvanı tərk etməzdən əvvəl Zelenski ilə telefonla danışaraq iki lider arasında vasitəçilik edəcəyi gözlənirdi, lakin o bunu etməmiş, nəticədə tənqidlərə məruz qalmışdı./Musavat.com

Xəbər 2430 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +