Saatlıda balıqlar insan nəcisi ilə yemlənir?
“Premium Clinic”də ölüm hadisəsi baş verib
General-mayor Rasim Əliyev vəfat edib
Qatarda halı pisləşən sərnişin vəfat edib
Bu sahələrdə orta aylıq əməkhaqqı daha yüksək olub
Qorxu və vahimə hissi olan ərazi - Sibir
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?


01.09.2022  11:34 

İlham Əliyev Şavkat Mirziyoyevi təbrik edib





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın milli bayramı – Müstəqillik Günü münasibətilə özbəkistanlı həmkarı Şavkat Mirziyoyevə təbrik məktubu göndərib.

XəzərNews.az xəbər verir ki, məktubda qardaş Özbəkistanın Şavkat Mirziyoyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçdiyi, dövlətçiliyin möhkəmləndirilməsinin, ölkənin sosial-iqtisadi yüksəlişinin, dünya miqyasında nüfuzunun gündən-günə artmasının onun liderliyi, müdrik və uzaqgörən siyasəti nəticəsində mümkün olduğu vurğulanır.

Prezident İlham Əliyev məktubunda Azərbaycan-Özbəkistan dövlətlərarası əlaqələrinin xalqlarımızın qardaşlığından, tarixi dostluğundan və ortaq mədəni köklərə bağlılığından qaynaqlandığını qeyd edir. Diqqətə çatdırılır ki, bu xoş ənənələr və möhkəm təməllər üzərində qurulan çoxşaxəli əməkdaşlığımızın, qarşılıqlı inam və etimada əsaslanan strateji tərəfdaşlığımızın bu gün müvəffəqiyyətlə inkişaf etməsi və genişlənməsi məmnunluq doğurur.

Eyni zamanda beynəlxalq təsisatlar çərçivəsində uğurlu işbirliyimizi və qarşılıqlı dəstəyimizi xüsusi qeyd edən dövlətimizin başçısı əmin olduğunu bildirir ki, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq əlaqələri və qarşılıqlı maraq doğuran əməkdaşlıq xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da dərinləşəcək.

Xəbər 3256 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +