Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


15.09.2021  19:46 

Paşinyan Azərbaycan polisinin İran maşınlarını yoxlamasını haqlı hesab etdi





A+  A-

Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində İrana məxsus yük maşınlarının Azərbaycan polisi tərəfindən yoxlanılması ilə bağlı açıqlama verib.
XəzərNews.az erməni mediasına istinadən xəbər verir ki, Paşinyan 2020 -ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələrinin Sovet Ermənistanından miras qalmış sərhədlərə çəkildiyini bildirib:

“Ermənistan-Azərbaycan sərhədi boyu baş verən hadisələrin bir çox məqamı var və onları düzgün başa düşmək vacibdir. Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanından miras qalmış sərhədlərə çəkilib. Bu hissədə Goris-Kafan yolu iki yerdə Ermənistan Respublikasının və ya keçmiş Sovet Ermənistanının hüdudlarından kənara çıxır. Məhz bu vəziyyət səbəbindən bizə tanış olan trafaretlər və məntəqələr məlum bölgələrdə ortaya çıxıb”.

Paşinyan dekabrda bu yolun nəqliyyat vasitələri tərəfindən sərbəst şəkildə istifadə edilməsi və yüklərin tranziti üçün razılıq əldə edildiyini xatırladıb:

“Düşünürəm ki, müqavilənin mətnində xaricdən gələn malların keçidi ilə bağlı heç bir bənd olmadığı üçün, Azərbaycan bu mexanizmi tətbiq edir”.

Xəbər 3988 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +