Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı
Bakıda polisə kəsici alətlə müqavimət... - Şübhəli saxlanıldı
Əliyev və Paşinyan sülhə doğru irəliləyişi müzakirə ediblər
Azərbaycanlı qız Nyu-Yorkda faciəvi şəkildə öldü


26.04.2021  10:32 

Əfqanıstanda hava zərbəsindən bir ailənin 8 üzvü həlak oldu





A+  A-

Əfqanıstanın Vardak əyaətində hava zərbəsi nəticəsində bir ailənin azı səkkiz üzvü həlak olub, daha dörd dinc sakini minaatan atəşi zamanı xəsarət alıb.
XəzərNews.az xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən “TOLOnews” telekanalı bildirib.

"Calriz rayonunun Zorlonq kəndinə hava hücumu nəticəsində bir ailənin azı səkkiz üzvü öldürülüb. Sayed Abad ərazisində baş vermiş başqa hadisədə bir ailənin dörd üzvü həlak olub, daha üç nəfər yaralanıb. Onların evinə mina düşüb", - Vardak əyalətinin şura üzvü Şərifulla Hotak telekanala deyib.

Ölkənin keçmiş prezidenti Həmid Kərzai bəyanatla çıxış edərək, vuruşan tərəfləri zorakılığa son qoymağa və sülhün qurulması üçün indiki imkandan istifadə etməyə çağırıb.

Telekanalın məlumatına görə, zorakılıq aktları ABŞ-ın öz qoşunlarını Əfqanıstandakı çıxarmaq niyyəti haqqında bildirdikdən sonra sürətlənib.

Xəbər 3223 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı

10.10.2025  01:27 

Rusiyada təyyarə qəzaya uğrayıb


BÜTÜN XƏBƏRLƏR +