Qorxu və vahimə hissi olan ərazi - Sibir
Bakıda “Rus evi“ bərpa oluna bilərmi?
30 film istehsalat mərhələsindədir - Rəşad Əzizov
Yaşıllıqlara 135 560 manat məbləğində ziyan dəyib
Bu, emosiyaların böhranı idi... - Putin
USCIRF komissarı Kiyevdə UABD rəhbərliyi ilə görüşüb - Foto
Sivilizasiyadan uzaq: Nenlər necə yaşayır?
Şübhəli təmirlər: Məktəblər niyə açıqlanmır?
Oqtay Şirəliyevin yerinə baş direktor seçildi
Sosial medianın hökmran dövrü – Brendlərin yeni meydanı


23.12.2020  13:21 

Tramp həbsdə olan yaxınlarını əfv edir





A+  A-

ABŞ Prezidenti Donald Tramp Rusiya istintaqı çərçivəsində mühakimə olunan şəxslər də daxil olmaqla 20 nəfər barəsində əfv fərmanı imzalayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. Siyahıda Rusiya istintaqında təqsirli bilinən şəxslərin və keçmiş Respublikaçı siyasətçilərin də olması diqqət çəkib.

Trampın bağışladığı insanlar arasında 2016-cı il seçki kampaniyası dövründə xarici siyasət məsləhətçisi olmuş George Papadopoulos və holland vəkil Alex van der Zwaan var.

20 yanvarda vəzifəsini Co Baydenə təhvil verəcək Trampın bu tarixə qədər özünə yaxın bir çox şəxsi bağışlayacağı gözlənilir.

Qeyd edək ki, prokuror Robert Mueller 22 martda Tramp və 2016-cı il seçki kampaniyası qrupunun Rusiya ilə əlbir olduğu iddialarına dair araşdırmalarının 22 aylıq hesabatını Ədliyyə Nazirliyinə təqdim etmişdi.

Ədliyyə naziri William Barr isə hesabatın önəmli məlumatlarını bir məktubda Konqresə bildirmişdi və Trampın Rusiya ilə gizli əməkdaşlığına işarə edən heç bir nəticəyə gəlinmədiyini qeyd etmişdi.

29 mayda kameralar qarşısına çıxan Mueller Rusiya istintaq sənədinin rəsmi olaraq bağlandığını açıqlamışdı. Tramp hesabat nəticəsində tamamilə bəraət qazandığını, Demokratlar isə Trampın ədalətə mane olmağa çalışdığını iddia etmişdi.



Xəbər 3468 dəfə oxunub.




10.10.2025  10:20 

Millimiz Fransaya qarşı


BÜTÜN XƏBƏRLƏR +